James Webb teleskopu ekzoplanetlərdən birinin atmosferində böyük miqdarda su buxarı aşkar edib
Elm & Texnologiya
15.10.2024
Emil
Yer kürəsindən 100 işıq ili uzaqlığında yerləşən GJ 9827 d adlı ekzoplanet alimləri təəccübləndirib. Belə ki, sözügedən ekzoplanetin atmosferinin 30%-dən çoxu su buxarından təşkil edilib. Alimlər indiyənə kimi belə ekzoplanetlərə rast gəlməyiblər. Lakin pis xəbər ondan ibarətdir ki, həmin ekzoplanet həyat üçün münbit şəraitə sahib deyil. Belə ki, planet olduqca yüksək temperatura sahibdir. GJ 9827 d adlı ekzoplanet 2017-ci ildə Keppler kosmik teleskopu vasitəsilə kəşf edilmişdi.
O öz ulduzundan 8.4 km uzaqlıqda yerləşir. Bu isə Günəş ilə Yer kürəsi arasındakı məsafənin 6%-nə bərabərdir. Bu ekzoplanet Yer kürəsindən iki dəfə böyük və 3 dəfə daha kütləlidir. Bu cür ekzoplanetlərə subneptun deyirlər. GJ 9827 d ekzoplaneti halında söhbət, isti subneptundan gedir. Sözügedən ekzoplanetdə 1 il Yer kürəsindəki 6 gündən bir qədər çox müddətə bərabərdir. Ekzoplanetin yerləşdiyi ulduz sistemində daha iki ekzoplanet mövcud olsa da alimlərin diqqətlərini daha çox GJ 9827 d öz üzərinə çəkə bilib.
2023-cü ildə Hubble teleskopu vasitəsilə bu ekzoplanet üzərində aparılmış müşahidələr onun atmosferində su buxarının olduğuna dair ilk işarələri ortaya çıxarıblar. James Webb kosmik teleskopunun sahib olduğu spektral təchizatlar isə ekzoplaneti əhatə edən qaz örtüyünün tərkibini müşahidə etməyə imkan veriblər. Məlum olub ki, bu ekzoplanetin atmosferində su molekulları mövcuddur. Yəni onun atmosferi su buxarından təşkil edilib və su buxarının miqdarı 31%-dən çoxdur. Lakin söhbət, isti su buxarından gedir. Alimlərin sözlərinə əsasən həmin planetdə bizə məlum bioloji həyat növünün mövcud olması qeyri-mümkündür.
Paylaş
Bənzər xəbərlər
Elm & Texnologiya
Kosmosda aşkar edilən “sual işarəsi”nin sirri ortaya çıxıb!
Uzun müddətdir həm elm dünyasında, həm də sosial mediada böyük marağa səbəb olan James Webb Kosmik Teleskopu (JWST) tərəfindən çəkilmiş "sual işarə"sinin sirri nəhayət ki, ortaya çıxıb.
Elm & Texnologiya
NASA, Supernovanın 3 fərqli anını tək kadrda paylaşıb!
James Webb Kosmik Teleskopu 3.6 milyard işıq ili uzaqlıqdakı inanılmaz bir hadisəni görüntüləyib. Supernovanın 3 fərqli anı tək bir kadrda əks olunub.
Elm & Texnologiya
James Webb Kosmik Teleskopu, yüngül kütləyə və əyri quruluşa malik yeni ekzoplanet kəşf edib!
James Webb Kosmik Teleskopu, son dərəcə nadir xüsusiyyətlərə malik planet kəşf edib.
Elm & Texnologiya
James Webb Kosmik Teleskopu, bir-birinə qarışmış qalaktikaların fotosunu çəkib!
James Webb Kosmik Teleskopu, Pinqvin və Yumurta qalaktikalarını birləşdirən duman aşkar edib. Rəsədxananın bu infraqırmızı şəkli marağa səbəb olub.
Elm & Texnologiya
Daha öncə kəşf edilmiş ekzoplanetin səthində okean mövcud ola bilər
James Webb kosmik teleskopu vasitəsilə LHS 1140 b adlı ekzoplanet üzərində aparılmış müşahidələrə əsasən bu ekzoplanet çox güman ki, okeana sahibdir və onda potensial olaraq həyat üçün münbit şərait mövcuddur.
Ən çox oxunanlar