James Webb teleskopu erkən kainatdakı ilk qalaktikaların formalaşma proseslərini müşahidə edib
Elm & Texnologiya
27.05.2024
Emil Nəcəfov
James Webb kosmik teleskopu fəaliyyətdə olduğu müddətdə bəlkə də ən dəyərli kosmik fotoları çəkib. Belə ki, çəkilmiş fotolar vasitəsilə alimlər kainatdakı ilk qalaktikaların necə formalaşdıqlarını görüblər. Aparılmış bu müşahidə ümumilikdə bizim ulduzların, qalaktikaların və kainatın özünün təkamülləri ilə bağlı təsəvvürlərimizi təsdiqləyiblər. “Daha öncə James Webb son təkamül mərhələsində olmuş qalaktikaları sərgiləyirdisə, indi biz onların formalaşma proseslərinin və bir qayda olaraq ilk ulduz sistemlərinin qurulmalarının şahidiyik” - deyə mütəxəssislər qeyd ediblər.
Teleskop Böyük partlayışdan 400-600 milyon il sonra formalaşmağa başlamış 3 qalaktikanın fotolarını çəkib. Kainatın həmin zaman aralığında qalaktikalar qaranlıq və adi materiyanın qruplaşması formasında idilər və çox güman ki, onlar öz mərkəzlərində qara dəliyi birləşdiriblər. Onlarda ulduzlar ya yox idilər ya da maksimal dərəcədə az idilər. Həmin zamanlarda adi materiya qismində sadəcə hidrogen çıxış edirdi. James Webb teleskopunun spektral təchizatı da məhz hidrogenin hərəkəti ilə udulmasını müşahidə edib.
Teleskop tərəfindən çəkilmiş fotolarda alimlər formalaşma prosesində olan qalaktikaların daxili və kənar hissələrinə hidrogen axınını təyin ediblər. Zamanla qravitasiyanın təsiri ilə qazın sıxlığı formalaşma prosesində olan qalaktikanın ayrı-ayrı yerlərində elə bir göstəriciyə çatır ki, nəticədə termonüvə reaksiyaları işə düşür və ilk ulduzlar yaranmağa başlayır. Lakin bu, bir qədər sonra baş verəcək. Həmçinin alimlər bu cür prosesi artıq kainatın daha sonrakı inkişaf mərhələlərində müşahidə ediblər. Lakin ilk qalaktikaların formalaşmağa başladıqlarını müşahidə etmək çox nadir rast gəlinən bir hadisədir. Alimlər qalaktikaların mərkəzləri ilə kənar hissələri arasında qazın necə paylandığını bilmirlər. Növbəti müşahidələr isə bunu öyrənməkdə yardımçı olacaqlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
James Webb teleskopu Orion adlı kosmik dumanlığın keyfiyyətli fotolarını çəkib
James Webb teleskopu Orion adlı kosmik dumanlığın keyfiyyətli fotolarını çəkib
Alimlər James Webb kosmik teleskopu vasitəsilə Orion adlı kosmik dumanlığın yüksək keyfiyyətli fotolarını əldə ediblər.
James Webb erkən kainatda ən böyük qalaktikaları kəşf edib
James Webb erkən kainatda ən böyük qalaktikaları kəşf edib
James Webb kosmik teleskopu müasir kosmologiyanın sərhədlərini genişləndirməyə davam edir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!