James Webb teleskopu Orion adlı kosmik dumanlığın keyfiyyətli fotolarını çəkib
Elm & Texnologiya
20.05.2024
Emil Nəcəfov
Alimlər James Webb kosmik teleskopu vasitəsilə Orion adlı kosmik dumanlığın yüksək keyfiyyətli fotolarını əldə ediblər. Orion dumanlığı Yer kürəsinə ən yaxın yeni ulduzları formalaşdıran kosmik sahədir. Bu kosmik sahənin qazdan və tozdan ibarət formasının hər bir elementi yeni ulduzların formalaşmaları üzrə ilkin mərhələləri barəsində çox dəyərli məlumatlara sahibdir və həmin məlumatları onilliklər ərzində analiz etmək olar. Qeyd etmək lazımdır ki, Orion dumanlığı Günəş sistemindən 1500 işıq ili uzaqlığında yerləşir.
Görünən diapazonda dumanlığın bir çox strukturunu müşahidə etmək mümkün deyil. Belə ki, toz və qazdan təşkil edilmiş çox sıx qruplaşmalar müşahidə aparmaqda çətinlik yaradırlar. Lakin James Webb kosmik teleskopu bu cür kosmik dumanlıqların daxili hissələrinə nəzər yetirə bilir. Alimlər Orion dumanlığında 600-dən çox kimyəvi maddə və birləşməyə rast gəliblər. Bu kimyəvi maddə və birləşmələr yeni ulduzların formalaşdıqları sahənin kimyəvi özəllikləri barəsində dəyərli məlumatlar verə bilərlər. Alimlər bildiriblər ki, Orion dumanlığı barəsində artıq o qədər məlumat əldə edilib ki, onları onilliklər ərzində analiz etmək mümkündür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
James Webb erkən kainatda ən böyük qalaktikaları kəşf edib
James Webb erkən kainatda ən böyük qalaktikaları kəşf edib
James Webb kosmik teleskopu müasir kosmologiyanın sərhədlərini genişləndirməyə davam edir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!