
Əgər siz mobil qadjet, smartfon işlətmirsinizsə, Amazon,
Ebay, Linkedin şirkətləri barədə məlumatınız yoxdursa, komputerinizə Microsoft
Office proqramlarından başqa heçnə yazılmayıbsa onda məqaləni bağlayın - Siz
Javadan çox uzaqsınız (açığı onda məqalə necə əlinizə düşüb, bilmirəm).
Yox, əgər oxumağa davam eləmək istəyirsinizsə, hazır olun. Sizə ən maraqlı
proqramlaşdırma dillərindən biri olan Java haqqında danışacağam.
Java dünyaya 23 May 1995-ci ildə "Sun Microsystems" şirkətində gəldi. Yeri gəlmişkən, bir müddət sonra bu şirkəti onun Java adlı məhsulu ilə birgə Oracle alır. Yarandıqda bu balaca proqramlaşdırma dilinin adı Oak (Palıd) idi. Jeyms Qoslinq onu əslində kiçik elektron məişət cihazları üçün yaratmışdı. Az müddət keçdikdən sonra o böyüdü və adını indi bildiyimiz Javaya dəyişdi. Deyilənə görə Qoslinq bu adı sevdiyi Java kofesinin şərəfinə dəyişdi. Bəzi mənbələrdə isə ümumiyyətlə Javanın ilkin olaraq bir kiçik kofe aparatı üçün yazıldığı qeyd olunur. Böyüdükdə təbii ki, gördüyü işin də həcmi genişləndi. Hal hazırda Javada klient proqramlarından tutmuş server təminatına qədər, köhnə mobil oyunlarından tutmuş müasir Android tətbiqlərinə qədər milyonlarla proqram təminatı yazılır. Bunlar barədə birazdan daha ətraflı danışacağıq. İndi isə istərdim ki, siz Javaya həsr olunmuş kiçik komedik bir kinoya baxasınız. (çox maraqlıdır)
Kinoya baxdız? Maraqlıdır? Yəqinki başa düşdüz niyə Java belə
geniş yayılıb. Sərhədsizlik, asanlıq, azadlıq, geniş imkanlar. Dil özündə bir
növ gənclik üsyanı daşıyırdı və bu da onun qısa bir zamanda sürətlə
yayılmasına səbəb oldu. Düzdür indi Node.js, C#, Dart, Go kimi yeni
dillər yaranıb, Javanın artıq 22 yaşı var. Bəli, bu rəqəm artıq bir
proqramlaşdırma dili üçün qoca sayılır. Amma necə deyərlər “old but gold”.
Dil hələ də o aktivliyini itirməyib. Əmin olmaq üçün dice.com saytında “Java”
dilini axtarışa daxil edin və qlobal bazarda nə qədər vakansiya mövcud
olduğunu özünüz görəcəksiz. Yox, əgər siz ölkədaxilində iş
düşünürsünzsə o işi özünüz də qura bilərsiniz. Javanı bildikdə siz Android
sistemi üçün mükəmməl tətbiqlər yaza biləcəksiniz. Bilmək olmaz, bəlkə siz
Angrybirds kimi bir oyun yazacaqsınız? Bəlkə siz yeni bir fotoredaktor, və ya
videoredaktor yazacaqsız? Ola bilər ki, tam ciddi bir hesablama sistemi
yaratdınız. Sərhəd yoxdur. Nə istəsəz yaradın. (bircə subway surfers-dən
başqa,xahiş edirəm. O oyunu hələdə metroda oynayan görürəm).
Java öyrənmək üçün kurs? Həm də Bakıda. Buradan tanış ola bilərsiniz.
Mobildən o qədər danışdım ki, desktop yaddan çıxdı. Siz Gmail işlədirsiz? Bilirsiz ki o da Javada kodlanıb? İçərisində mürəkəb hesablama mexanizmi olan bir çox saytların "backend" hissəsində məhz Java durur. Masaüstü oyunların sayı o qədərdə çox deyil. Amma Javada yazılmış bir oyun sizə deyə bilərəm hansını ki mütləq ki, görmüsüz bəlkə oynamısız da. Minecraft! Bəli bəli. Bu yekəpikselləri olan maraqlı sərhədsiz online oyun məhz Javada yazılmışdır.
Oracle şirkətinin verdiyi rəsmi məlumata görə, hal hazırda 3 milyardan çox cihaz Java ilə işləyir. Bu o deməkdir ki siz Javadan istifadə edərək "hardware" ixtiralar da edə bikərsiniz.
Goldman Sachs, Citigroup, Barclays, Standard Charted şirkətlərini
tanıyırsız? (Wolf of Wall Street kinosundaki investisiya şirkətlərinin bənzərləri).
Yəgin onların hər saniyə milyonlarla məlumatı hesabladığını başa düşürsünüz.
Baxın bu şirkətlərin proqram təminatları da Javada yazılır.
Gəldik çatdıq məqalənin sonuna. Düzdür mən sizə böyük hesabatlar alqoritmlar vermədim. Məqsədim sizi maraqlandırmaq və sizə bu dili öyrənməyə motivasiya vermək idi. Və məncə mən buna nail oldum. Ümüdvaram ki, bu məqaləni oxuyandan sonra bir neçə insan bu dili öyrənəcək və yaxın zamanlarda maraqlı proqramlarla bizim marağımızı cəlb edəcəklər. 1 dəqiqə, hələ bitmədi. “Bu dili necə və hansı vasitələrlə öyrənə bilərik?” - desəz, sizə bir şad xəbər verə bilərik. 1 il müddətində sizi mütəxəssis səviyyəsində yetişdirə biləcək və qlobal sertifaktla təmin edəcək IT Kurs – Step IT Akademiya Java üzrə proqram təminatının yaradılması kurslarına start verib. Nə üçün Java öyrənməliyik sualına isə ən yaxşı cavabı elə Akademiyanın özü verir.
Kursun proqramı, ödənişi və şərtləri ilə isə buradan tanış ola
bilərsiniz.
Şərh yoxdur