
Jeff Bezos bütün zamanların ən varlı şəxsi oldu
Elm & Texnologiya
09.01.2018
Emil
“Amazon” şirkətinin təsisçisi Jeff Bezos bütün zamanların ən varlı insanları reytinqində birinci yeri tutub.
Qeyd etmək lazımdır ki, daha öncə
ən böyük sərvətə sahib olan biznesmen Bill Gates hesab olunurdu. Bloomberg-in məlumatlarına
əsasən Bezos-un sərvəti 105.1 milyard dollara çatıb. Forbes reytinqində isə
onun sərvəti 104.4 milyard dollar dəyərində qiymətləndirilir. Hər iki reytinqdə də Bezos
Bill Gates-i geridə qoyub. Bugünki tarix üzrə olan məlumatlara əsasən “Amazon”un
bir səhminin qiyməti 1246$ təşkil edir. Bu göstərici isə şirkətin dəyərli
kağızları üçün tarixi maksimumdur. Jeff Bezos şirkətin 78.9 milyon səhminə
sahibdir. O həmçinin məşhur Washington
Post nəşriyyatının və Blue Origin kosmik şirkətinin sahibidir. Keçən ilin
İyul ayında Bezos ilk dəfə dünyanın ən varlı şəxsi olmuşdu. Həmin vaxtda onun sərvəti
90.6 milyard dollar dəyərində qiymətləndirilirdi.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
