main-post-cover

    Jeff Bezos New Shepard kosmik gəmisi vasitəsilə ilk kosmik uçuşunu reallaşdırıb (VİDEO)

    Elm & Texnologiya
    20.07.2021
    Emil Nəcəfov
        Jeff Bezos özünün Blue Origin şirkətinin New Shepard adlı kosmik gəmisi vasitəsilə kosmik uçuşu reallaşdırıb. Kosmik gəminin daxilində Jeff Bezos-dan əlavə olaraq 3 sərnişin olub: Mark Bezos, 82 yaşlı keçmiş pilot Wally Funk Oliver Daemen adlı gənc tələbə. Kosmik gəmi Bezos-a məxsus kosmodromdan start götürüb. Məlumatda qeyd edilib ki, New Shepard 107.048 metr hündürlüyə qalxıb və uçuş zamanı maksimal olaraq saatda 3590 km sürət yığa bilib. Lazımi sürəti əldə edəndən sonra New Shepard-ın sürətkəndirici pilləsi sərnişin kapsulundan ayrılıb. Sərnişin kapsulu isə kosmosa doğru irəliləməyə davam edib. Nəticədə sərnişin kapsulu 100 km hündürlüyə çatıb və sərnişinlər 4 dədiqə ərzində çəkisizlik vəziyyətində qalıblar. İlk enişi edən məhz sürətləndirici pillə olub. Onun eniş prosesi uğurla yekunlaşıb. Onun ardınca isə sərnişin kapsulu paraşüt sistemi vasitəsilə uğurlu enişi reallaşdırıb. Uçuş missiyası əvvəldən sona kimi avtomatik rejimdə keçirilib.
    Linki kopyala