
Nyuton uçmağın texniki cəhətdən
mümkün olduğunu demişdi. “Doğru şəkildə istiqamətləndirilən və tənzimlənən
partlayış qurğunu çox böyük bir sürətlə irəli doğru itələyə bilər”
Facebook milyarderlərinin həyatı.
Fizikanın atası insanlıq üçün inqilabi bir kəşf etmişdi. Amma
dünyanın onun düşüncələri ilə ayaqlaşmağı üçün bir əsr lazım idi. İlk təyyarə mühərrikini Henri Giffard hazırlamışdı. Buxarla çalışan
bu motor 3 at gücü hasil edirdi. Mühərrik çox ağır olduğundan uçmağı qeyri
mümkün idi amma o vaxt üçün işçi qüvvəsi tələb etməyən bir qurğudan bu qədər
gücün alınması belə çox böyük bir yenilik sayılırdı.
1800-cü illərdə Otto Daimler ilk benzin mühərrikini kəşv
etdi və avtomobillər bütün dünyada sürətlə yayılmağa başladı. Bu yeni mühərrikin
quruluşu təyyarə hazırlayanlara da yeni bir ideya gətirdi. 1884-cü ildə Amerikalı Hiram Maxim özü
hazırladığı təyyarəsini kömürlə çalışan mühərriklərin köməyilə bir-neçə saniyəlik
uçurmağı bacardı. İlk buxar mühərrikləri isidilmiş kömürlə çalışırdılar və adətən
uçmaq üçün çox ağır idilər. Bu səbəbdən təyarrələri uzaq məsafələrdə nəqliyyat
vasitəsi kimi istifadə etmək mümkün deyildi.
1896-cı ildə
Amerikalı Samuel Langley 2 km məsafəni öz buxar mühərrikli təyyarəsi ilə
uçdu. Daha sonra eyni konstruksiyayla benzin mühərrikli təyyarəsini hazırladı.
Amma ilk test yürüşündəcə təyyarə partladı.Artıq 20-ci əsrdə sıra Wright qardaşlarında idi. Qardaşların
uzun müddətli sınaqlarından sonra nəhayət
kimsə stabil şəkildə uçmağı bacarırdı. 12 at güclü benzin mühərrikilə insanlıq
üçün yeni bir eranın başlanğıcı qoyuldu.
Sonraki dövrlərdə artıq benzin mühərrikilə çalışan təyyarələr bütün
Avropada yayılmağa başlamışdı. Və birinci dünya müharibəsinə başlanmazdan əvvəl
bütün nəhəng imperiyalar özlərinə təyyarə orduları hazırlayırdılar.
1930-cu ildə ilk jet mühərriki üzə çıxdı. Britaniyalı pilot
Frank Whittle havadan daha səmərəli şəkildə istifadə etmək üçün tamam fərqli
bir mühərrik hazırladı.Onun hazırladığı mühərrik ilk uğurlu test uçuşunu 1941-ci
ildə həyata keçirdi.
Mühərrikin quruluşu kompressor, yanma bölməsi, tək pərli
turbin və sonda hava çıxışını tənzimləyən burundan ibarət idi.
Bu mühərrik Britaniyalılara Nazilərə qarşı müharibədə böyük
üstünlük qazandırmalı idi. Amma adanın qarşısında Almanlarda Whittle-ınkinə çox
oxşar bir mühərrik hazırlamışdılar və 1939-cu ildə artıq uğurlu test uçuşu baş
tutmuşdu belə.İkinci dünya müharibəsi texnologiyaya inqilabi yeniliklər gətirdi.
Amma ən böyük yenilik məhz jet mühərrikinin kəşf olunmasında idi. Bundan
sonraki dövrdə bu mühərrikin təkmilləşdirilmiş versiyaları ölkələr arası, uzun
məsafəli nəqliyyatı bu günki rahat vəziyyətə çatdırdı. Yenə müharibənin zərurəti
insanlığın sonraki həyatına müsbət təsir etməyə yol tapmışdı.
Şərh yoxdur