Jevgeni Beloussov, 'Taxify'ın Bakıdakı strategiyası və planları haqqında 'Technote'a danışıb
21.06.2017
Farid Pardashunas
Son günlərdə ölkəmizə səfər edən "Taxify"ın Avropa, Qafqaz və Afrika ölkələri üzrə genişləndirmə meneceri (Expansion Manager) - Jevgeni Beloussov, "Technote"a müsahibəsində "Taxify"ın uğurlu strategiyası və planları haqqında danışıb.
Bakıda Taxify-ın ən məşhur və tələb olunan taksi xidmətlərindən biri olması fonunda mənim ilk sualım belə olacaq. Siz buna necə nail oldunuz, sirr nədədir və ümumilikdə sizi bu bazarda digər taksi xidmətlərdən hansı özəlliklər fərqləndirir?
Müştəri, nəqliyyat növünü seçən zaman o, 3 vacib xüsusiyyətə
fikir verir. Qiymət, keyfiyyət və əlçatanlıq. Yəni, müştəri üçün əsas olan qısa
müddət ərzində kiçik vəsait ödəməklə yaxşı keyfiyyətli avtomobili sifariş etməkdir.
Taxify-ı hal hazırda digər rəqiblərdən ayıran əsas özəlliklərdən biri onun qiymət
siyasətidir. Taxify bu bazarda hələ cavan oyunçudur. Bizim, bazara daxil
olmağımıza yönəlik əsas strategiyalarımızdan biri, müştəriyə sərfəli qiyməti təklif
etməkdir. Bir qayda olaraq bu halda sürücü heçnə itirmir. Belə ki, təqdim
olunan endirimlər məhz bizim tərəfimizdən subsidiyalaşdırılır.Yəni bu vəsaitləri
biz sürücüyə yenidən geri qaytarırıq. Yaxın gələcəkdəki perspektivlər haqqında
danışanda isə bizim, sürücüdən ən aşağı komissiyanı götürməyimiz faktının
fonunda daha böyük komissiyalar götürən digər şirkətlərdən fərqli olaraq biz
daha çevikik. Bir çox bazarlarda biz öz standart 15% payımızı götürürük. Bu isə
nəticə etibarilə bizə həm sürücü, həmdə müştəri səviyyəsində qazanclı
çıxmağımıza şərait yaradır. Hal hazırda bizim daimi müştərilərimiz üçün
endirimlərimiz mövcuddur. Təii ki, gələcəkdəki perspektivdə biz həmin endirimi
bir qədər aşağı salacağıq və bununla belə bizdə olan sürücülərdən aşağı dəyərli
komissiya aldığımız üçün biz yenə də daimi şəkildə müştərilər üçün aşağı qiymət
intervalını təqdim etməyə qadirik. Belə ki, bu halda sürücü hər zaman bizimlə
çalışaraq daha qazanclı çıxacaq nəinki rəqiblə çalışan zaman. Məsələn biz 5% və
ya 5%-dan aşağı göstəricili qiymətə sahib ola bilərik. Bununla belə heç nəyi
subsidiyalaşdırmadan sürücü başa düşür ki, bizimlə çalışan müddətdə təmiz gəlir
həmişə 5% çox olur. Məhz buna görə biz nəinki adi istifadəçilər arasında, həmçinin
sürücü auditoriyasında da böyüməyə başlayırıq. Onlara bizim iş prinsipimiz xoş
təsir bağışlayır. Onlar bizimlə daha yaxşı gəlir əldə edirlər. Biz bazarda ən
yaxşı müştəri xidmətini təqdim etmək nailiyyəti uğrunda çalışırıq. Müştəri xidməti
dedikdə isə burda həm xidmətdən istifadə edən adi müştəri, həmdə həmin xidməti
təqdim edən sürücü nəzərdə tutulur. Biz hər iki tərəfə dəstək xidmətini təklif
edərək bu və ya digər vəziyyətlərdə sözügedən iki tərəfə yardım etməyə
çalışırıq.
Digər ölkələrdə olan taksi servisləri ilə necə rəqabət aparırsınız? Yəni hansısa ölkə üzrə strategiya fərqliliyi var mı?
Bakı bizim daxil olduğumuz və inkişaf edərək böyüdüyümüz
yeganə bazar deyil. Bizim burda yaxşı və sürətli nəticələr əldə etməyimiz, bu
cür strategiyanı digər bazarlarda də tətbiq etməyimizdən irəli gəlir. Və bizim
indiki əsas tapşırığımız həmin strategiyanı bu bazarda təkrarlamaqdır.
Strategiya isə çox sadədir. Artıq dediyim kimi daha aşağı komissiya götürmək
hesabına biz müəyyən sürücü auditoriyasının marağını çəkirik. Birinci mərhələdə
biz daha güzəştli qiymətlər sayəsində cəmiyyət arasında səs-küy yaradırıq.
Bunun nəticəsində müştəri, rəqibdəki yüksək keyfiyyətli avtomobil səviyyəsinə
yaxın avtomobili daha büdcəli qiymət müqabilində əldə edə bilir. Bəzən birinci
mərhələdə yaşadığımız çətinlik, bu xidmətin əlçatan olmasını təmin etməkdir. Bu
halda isə təəssüflər olsun ki, etiraf etmək lazımdır ki, müəyyən vaxt keçəndən
sonra biz yeni sürücüləri əlavə edirik və bu proses tez bir zamanda reallaşmır.
Buna görə də daha güzəştli qiyməti təqdim etmək üçün müştəri öz dəyərli
vaxtından bir neçə dəqiqəni, gözləmə prosesinə qurban verməyə hazırdır. Bir
qayda olaraq gözləmə vaxtını deyəndə mən məhz bir neçə dəqiqəni nəzərdə
tuturam. 20-30% daha aşağı qiymət göstəricisini əldə etmək üçün müştərilər, 2-3
dəqiqə gözləməyə hazırdırlar. Bununla yanaşı keyfiyyət aşağı düşmür. Ümumi olaraq
strategiya haqqında danışanda isə hal hazırda bizim biznesin təqribən 95%-i özəl
sürücülərlə iş prinsipinə əsaslanır. Estoniyada biz bu işə başlayanda ilk öncə
adi taksilərlə başlamışdıq. Lakin nəticədə biz əsasən sərhəddən kənarda yerləşən
bu sənayedə yetərincə dəstək ala bilmədik. Bu xidmətin potensialında maraqlı
ola biləcək sürücülərin tapılması prosesinin qurulması çox zaman aldı. Həmin
vaxt ərzində digər taksi şirkətləri bizi tərəfdaş kimi deyil, rəqib kimi
görürdülər. Bundan əlavə olaraq bizim yarandığımız Şərqi Avropada ənənəvi
taksi, yaxşı şan-şöhrətə sahib deyil. İnsanlar bir qayda olaraq servisin
keyfiyyəti, qiyməti və onların həmin servislər tərəfindən aldadılması
qorxusundan yaranan mənfi rəylərə sahib olurlar. Özəl sürücülərlə isə vəziyyət
tamamilə başqadır. Belə ki, bu qrup insanlar üçün bu işlə məşğul olmaq ilk növbədə
hobbi xarakterini daşıyır. Onlar insanları harasa aparmağı, müəyyən şəhər
haqqında məlumatlar verməyi sevirlər. Onlar bunu öz işləri ilə paralel görürlər.
Bu cür iş prinsipinə Avropada rast gəlmək olar. Adi taksi sürücülərindən fərqli
olaraq özəl sürücülərin müştərilərə qarşı ünsiyyətləri başqa cürdür. Məhz bu özəlliklər
də müştərilərə xoş olan göstəricilərdəndir. Bu, Taxify-ya nəinki yerli, həmdə
qlobal bazarda inkişaf etməyə yardımçı oldu.
Bir çox insanlar sizin qiymət siyasətinizdən razıdırlar. Məhz buna görə Taxify-ya böyük tələbat var. Yaxın gələcəkdə sizin qiymət siyasətinizdə hansısa dəyişikliklər olacaq mı?
Həqiqətən də bizim qiymət siyasətimiz, bir servis olaraq ilk
işə başladığımız bir neçə ay ərzində güzəştli qiymətlər təqdim etməyə əsaslanır.
Yarı qiymət hesabına səyahət təqdim etdikdən sonra biz tədricən həmin endirimi
aradan qaldırırıq. Lakin bu hansı səbəbə görə baş verir? Məsələn biz, müştərinin
sifariş etdiyi avtomobili qısa zamanda əldə edə bilmədiyi üçün bunu, ilkin mərhələdə
olan endirimlə kompensasiya edirik. Əvvəldə də qeyd etdiyim kimi sürücülərin cəlb
olunması prosesi tədricən reallaşır. Buna görə də müştəri, onda hansısa qiymət
üstünlüyü olmadığı halda öz dəyərli vaxtını qurban etməyə hazır deyil. Keyfiyyət
göstəricisinin hamıda eyni və standart olduğu üçün bu baxımdan rəqiblərlə rəqabət
aparmaq qeyri-mümkündür. Məhz bu halda qiymət göstəricisi, inkişaf üçün yeganə
göstəricilərdən biridir. Lakin müəyyən vaxtdan sonra servis inkişaf etdikcə biz
tərəfdən avtomobili ən qısa müddət ərzində çatdırılmasi özəlliyinin
yaxşılaşdırılmasını nəzərə alaraq biz həmin endirimləri tədricən aradan qaldıra
bilərik. Bununla belə yaxşılaşdırılmış əlçatan göstəricisini təqdim edərək müştərilər,
sifariş olunmuş avtomobili tez əldə etmək üçün bir qədər çox ödəmə etməyə
hazırdırlar. Bu təbii prosesdir. Nəticə etibarilə biz də pul qazanmaq da
maraqlıyıq. Buna görə də ilkin mərhələdə bizim təqdim etdiyimiz
subsidiyalaşdırma prosesi müəyyən vaxtdan sonra tamamilə aradan
qaldırılmalıdır.
Taxify-ya tələbatın çox olmasının nəticəsində bəzən müştərilər avtomobil çatışmazlığı səbəbilə taksi sifariş edə bilmirlər. Bu problemi necə aradan qaldırmağı düşünürsünüz?
Çox yaxşı sualdır və onu da qeyd etməliyəm ki, bizə həm müştərilər,
həmdə sürücülər tərəfindən çoxlu müraciətlər olur. Hal hazırda biz bu problemi
komandamızın genişləndirilməsi hesabına aradan qaldırmağa çalışırıq. Lazım gəldikdə
daha çox sürücünü cəlb etmək üçün biz əlavə resursları işə salırıq. Bundan əlavə
olaraq sirr deyil ki, bizimlə artıq çalışan sürücülərin aktivliklərini
qaldırmaq üçün bəzən biz, stimullaşdırıcı üsullardan da istifadə edirik. Məsələn
müəyyən bonusların hesabına biz, sürücülərə, pik vaxtda çalışmaları üçün motivasiya
veririk. Burda motivasiya üsulu kimi hətta müştəri üçün təqdim olunan bir qədər
yüksək qiymət göstəricisi də ola bilər. Beləliklə biz daha çoxlu sürücünü,
online rejimə çıxmaları üçün motivasiya edə bilərik. Müştəri daha tez
avtomobili əldə etmək üçün bir qədər yüksək məbləğ ödəməyə hazırdır. Sürücü isə
öz növbəsində bu zaman tez qazanc əldə edəcəyini bildiyi üçün onda, sistemə
daxil olma marağı yaranır. Bu cür dinamik qiymət göstəricisinin yaranması
hesabına tələbat və təklif arasında balans tapmaq olar.
Bir çoxları üçün maraqlıdır ki, bu cür taksi servisinə necə işə düzəlmək olar və hansı göstəricilərə əsasən siz sürücüləri seçirsiniz?
İlk öncə onu qeyd etmək istəyirəm ki, biz sürücüləri işə
götürmürük. Biz, individual sahibkarlarla çalışırıq. Biz, müştəri ilə nəqliyyat
xidmətini təklif edən sürücünü birləşdirən bir platformayıq. Bütün bu sürücülər
lazımi lisenziyalara sahibdirlər. Yəni onlar xidmət təklif edən individual
sahibkarlardır. Biz adi operator rolunu oynamırıq. Taxify daha çox proqram təminatını
təqdim edən vasitəçi rolunu oynayır. Sürücülərin, müştərilərə lazımi xidməti
göstərmələri üçün biz onlara proqram təminatının lisenziyasını təqdim edirik.
Sürücülərin bu işə cəlb olunmaları prosesinə gəldikdə isə hər bir ölkədə olduğu
kimi bizim riayət etdiyimiz bir sıra keyfiyyət göstəriciləri vardır. Sürücünün
sahib olduğu avtomobil, sürücünün yaşı, onun sürücülük tarixçəsi, yol hərəkəti
qaydalarının pozuntusunun olub-olmaması və əsasən sürücünün kriminal tarixçəsinin
olub-olmamasının yoxlanılması. Yəni bu məsələyə kimi də yoxlanış gəlib çıxa
bilir. Sürücülərin bizim müştərilərimizə keyfiyətli və təhlükəsiz xidmət təqdim
etməsinə əmin olmaq, bizim əsas öhdəliklərimizdən biridir. Onu da qeyd etmək
lazımdır ki, bəzən keyfiyyətli xidmət təklif etməyə hazır olmayan sürücüləri
tam yoxlanışdan keçirtmək həmişə alınmır. Bu vəziyyətdə isə ən böyük yardım
bizim komandadan deyil, məhz müştərilərdən gəlir. Belə ki, müştərilər hər bir səyahətdən
sonra təqdim olunmuş xidməti qiymətləndirə bilərlər. Bizim sistem isə öz növbəsində
avtomatik şəkildə rəyləri izləyir və müəyyən standartlar əsasında o, reytinqi
normadan aşağı olan sürücüləri bloklayır. Beləliklə sistem, müştərilərin sayəsində
tənzimlənir. Bu isə adi taksi şirkətləri üçün ənənəvi bir xüsusiyyət deyil. Bu
mövzuda mobil tətbiqlərin çox böyük üstünlükləri var. Belə ki, onlar sistemi
daha effektiv edir və nəticə etibarilə müştəri üçün təhlükəsizlik və rahatlıq
kimi göstəricilərin nail olunmasında yardımçı olur.
Son 2 il ərzində Bakıda çoxlu sayda taksi servisləri yaranıb və bu bir növ sabun köpüyünə bənzəyir. Bu haqda nə deyə bilərsiniz və bu sabun köpüyünün sonunda partlayacağını düşünürsünüzmü?
Həqiqətən də son zamanlarda təkcə Bakıda deyil, həmdə bütün
dünya üzrə bir çox tətbiqlər ortaya çıxır. Həmin tətbiqlər iri miqyasda
banklar, vençur kapitalları və s. tərəfindən maliyyələşirlər. Bundan əlavə
olaraq bir sıra tətbiqlər, lokal sahibkarlar, proqramçılar tərəfindən də ərsəyə
gətirilir. Qeyd etmək lazımdır ki, nəticə etibarilə bu sahə, inkişaf etmək üçün
böyük investisiyaları tələb edir. Bəlkə də planetdə çox az yer qalıb hansında
ki, öz yerli oyunçusu olmasın. Həmin oyunçu ilə rəqabət aparmaq üçün isə böyük
kapitala sahib olmaq lazımdır. Yəni bu, böyük oyunçuların olduğu bazardır.
Bizim təcrübəyə əsasən bazarda 2 əsas oyunçudan başqası ola bilməz. Bu bir
qayda olaraq onunla əlaqəlidir ki, bütün oyunçular həmin sürücüləri ələ keçirtməkdən
ötrü mübarizə aparırlar. Sürücü üçün isə iki sistemə eyni anda xidmət göstərmək
rahat deyil. Əks halda sistemin səviyyəsi zərər görür. Nəticədə isə qalib
yalnız bir təmsilçi olur. Lakin bununla yanaşı hər bir bazarda yer, 2 əsas
oyunçudan daha çoxu üçün nəzərdə tutulmayıb. Bazarda yaranan digər kiçik
oyunçular isə böyük ehtimalla daha iri şirkətlər tərədindən udulacaqlar. Çox
güman ki, uzun zamanlı perspektivdə biz, əlində olan, yeni sürücüləri və eləcə
də müştərilər uğrunda rəqabət aparan 2 böyük bazar oyunçusunun olacağını görəcəyik.
Son zamanlarda dünya miqyasında avtopilot mövzusunun tendensiya halına gəlməsi barəsində nə deyə bilərsiniz? Sizcə bu sistem, taksi servislərinin infrastrukturunu kökündən dəyişəcək, yoxsa müştərilər daha çox sürücülərə etibar edəcəklər?
Düşünürəm ki, bu çox əla və sadə olmayan sualdır. Hər şey
bizim baxdığımız müddətdən asılıdır. Əgər biz növbəti 5 ildən danışırıqsa çətin
k, taksi və taksi sürücüsü vəzifəsində əvəzolunma məsələsi barəsində hansısa
ciddi dəyişiklikləri görəcəyik. Əgər biz 15-20 ildən sonrakı perspektivdən
danışırıqsa bu mövzu barəsində çox ciddi dəyişiklikləri gözləmək lazımdır. Konkret
olaraq nələrin dəyişiləcəyi barəsində danışanda burda hər bir şəhərdə nəqliyyat
payı ilə nələrin baş verdiyi tendensiyasını qeyd etmək laızmdır. Nəqliyyat
bazarını misal gətirəndə insanların şəhərdaxili bütün hərəkətlərinin yalnız
2%-i taksi və ya özəl sürücü sifarişinin öhdəliyinə düşür. Şəhərlər arasındakı
fərqi nəzərə alsaq, bu göstəricinin 48%-i şəxsi avtomobillərin, 50%-i isə
ictimai nəqliyyatın payına düşür. Çünki ictimai nəqliyyat özü-özlüyündə ən ucuz
vasitədir. Onu da qeyd etmək lazımdır ki, bu sənaye elə inkişaf edir ki,
insanlar mütəmadi olaraq şəxsi avtmobillərdən daha çox mobil tətbiqlər vasitəsilə
səyahəti daha üstün tuturlar. Həmin mobil tətbiqlərdən bir çoxu hətta bir neçə
müştərini müəyyən təyinat nöqtəsinə aparan avtomobillərin sifarişini də mümkün
edir. Beləliklə xidmət haqqı bir neçə müştəri arasında bölünür və bu da öz növbəsində
müştərilərə öz vəsaitlərini 3-4 dəfə qənaət olunmasına yardımçı olur. Növbəti
bir neçə il ərzində biz, insanların öz şəxsi avtomobillərindən sürətli şəkildə
imtina tendensiyasını müşaiyət edəcəyik. Daha sonra isə biz, avtopilot vasitəsilə
hərəkət edəcək və qiymətcə ictimai nəqliyyatla rəqabət aparacaq avtomobillər
tendensiyasını görəcəyik. Nəyə görə bir qədər əvvəl söylədiyim göstəricinin
yalnız 2%-i mobil tətbiqlərin payına düşür? Çünki bu hələ də bahalı bir xidmət
növü kimi dəyərləndirilir və burda qiymət göstəricisinin əsas hissəsi sürücünün
əmək qüvvəsinə hesablanır. Bununla yanaşı biz, avtopilot sisteminə sahib
avtomobillər haqqında danışanda burda söhbət ondan gedir ki, bu vəziyyətdə
artıq heç kimə maaş vermək kimi bir öhdəlik qalmır. Nəticədə isə 1 kilometr yol
üçün qiymət göstəricisi sürətli şəkildə aşağı düşür. Ümumilikdə isə bu bazarın
nə dərəcədə böyük olduğunu və onu hansı perspektivlərin gözlədiyini təsəvvür
etmək qeyri-mümkündür.
Bizim bazarda gələcək üçün planlarınız nədir və müştəriləri nə kimi yeniliklər gözləyir?
İlk öncə biz bütün gücümüzlə bazarda yerimizi genişləndirməyə
çalışırıq. Müştərilərin tez bir zamanda sifariş etdikləri avtomobilləri əldə
etmələri üçün biz, yeni sürücüləri cəlb edir və onları maarifləndiririk. Bu
baxımdan müştəriləri daha yaxşı əlçatanlıq göstəricisi gözləyir. Bizdə münasib
qiymət, keyfiyyətli xidmət var və biz yüksək keyfiyyətli müştəri dəstəyini təqdim
edirik. Yaxın zamanda biz, avtomobillərin tez zamanda müştərilərə çatdırılması
baxımından bu bazardakı bütün rəqiblərlə rəqabət aparacağıq. Dəyişikliklərdən
danışanda isə onu qeyd etmək lazımdır ki, biz hər həftə öz mobil tətbiqimizin
yeni versiyalarını təqdim edirik. Biz onu bacardığımız qədər istifadədə çox
rahat etməyə çalışırıq və bununla da yanaşı ona yeni funksiyalar əlavə edirik.
Mən düşünürəm ki, eyni istiqamətə digər bir müştəri ilə birlikdə getmək,
avtomobili sifariş etmiş müştəri üçün maraqlı olacaq. Bu terminin adı ride
sharing-dir. Bu xüsusiyyət vasitəsilə isə müştərilər getdikləri yol üçün ödəyəcəkləri
xidmət haqqını bir neçə dəfə azalda və bununla da vəsaitlərinə 2-3 dəfə qənaət
edə biləcəklər. Yəni siz, digər bir müştəri ilə eyni istiqamətdə səyahət edirsiz
və nəticədə xidmət haqqını öz aranızda yarıya bölürsünüz. Bu, hal hazırda üzərində
çalışdığımız bir özəllikdir və yaxın zamanda müştərilər ondan istifadə edə biləcəklər.
Əgər siz də Taxify-ın xidmətini yoxlayıb, test etmək istəyirsinizsə Android və iOS platformaları
üçün mövcud tətbiqi yükləməklə TECHNOTE promo kodundan istifadə edə bilərsiniz.
Bu kod vasitəsilə sizin ilk gedişiniz 5 AZN dəyərində pulsuz olacaq.
Linki kopyala
Həftənin xəbərləri
Apple Vision Pro ilə əməliyyat həyata keçirildi?!
Ən ağıllı çat-bot IQ testində insanı geridə qoyub