
Juno kosmik aparatı Yupiterin yeni fotolarını göndərib
Elm & Texnologiya
07.11.2024
Emil
NASA-nın Juno kosmik aparatı Yer kürəsinə Yupiter planetinin yeni fotolarını göndərib. Göndərilmiş fotolar sözügedən aparatın planetə yaxın məsafədən 66-cı uçuşu zamanı çəkilib. 1 milyard dollara başa gəlmiş Juno kosmik aparatı Yupiterə yaxın məsafədən uçuşunu 23 sentyabr tarixində yekunlaşdırıb. Qeyd etmək lazımdır ki, sözügedən kosmik aparat 2016-cı ilin iyul ayından Yupiterin orbitindədir. Bu müddət ərzində aparat Yer kürəsinə planetin və onun peyklərinin minlərlə dəyərli fotosunu göndərib.

Göndərilmiş yeni fotolar isə Yupiterin bütün heyrətləndirici gözəlliyini qiymətləndirməyə imkan verirlər. Maraqlısı ondadır ki, Juno missiyasının göndərilən fotoların emalı ilə məşğul olacaq alimlər komandası yoxdur. Kosmik aparatın göndərdiyi fotolar həvəskar şəxslər tərəfindən emal edilir. Fotolar emal olunandan sonra Juno missiyasının rəsmi saytında yerləşdirilir. Qeyd etmək lazımdır ki, hal-hazırda Yupiter sisteminin tədqiqatına iki missiya istiqamətlənib və onlar gələcəkdə Juno-nu əvəz edəcəklər. Söhbət, Avropa Kosmik Agentliyinin (EKA) JUICE adlı kosmik aparatından və NASA-nın Europa Clipper adlı kosmik aparatından gedir.

JUICE kosmik aparatı keçən il kosmosa göndərilmişdi. O, 2031-ci ildə Yupiter sisteminə çatacaq. 2031-ci ildə Yupiter sisteminə çatan zaman aparat Yupiterin peyklərindən biri olan Kallistonun bir neçə fotosunu çəkəcək. Europa Clipper-ə gəldikdə isə o, Yupiter sisteminə 2030-cu ildə çatacaq. Europa Clipper-in əsas missiyası Yupiterin peyklərini tədqiq etməkdir. Lakin bu mövzuda əsas diqqət planetin Avropa adlı peykinə istiqamətlənəcək. Belə ki, alimlərin araşdırmalarına əsasən sözügedən peykin səthinin alt hissəsində nəhəng okean mövcuddur. Həmin okeanda isə bioloji həyat növünün olma ehtimalı olduqca yüksəkdir.



Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
