
Jurnalistlər mining fermasını istilik sistemi kimi istifadə etdilər
Elm & Texnologiya
25.12.2017
Emil
The Next Web saytının redaktorlarının öz evlərində quraşdırdıqları mining ferması onlara 1 ay ərzində 900$ gəlir gətirməklə yanaşı həmçinin istilik sistemi qismindədə çıxış edib.
Redaktorlar hazır mining
fermasını Rusiyanın “Comino” adlı şirkətindən əldə ediblər. Bu, xüsusi olaraq
mining üçün hazırlanmış və özündə 8 videokartı birləşdirən kompüterdir (ASUS
Mining P106-100 6G). Həmin sistemi metal materialdan hazırlanmış kompakt
korpusun daxilində yerləşdiriblər. Sistem 3 kiçik ventilyatora və xususi su vasitəsilə
soyutma sisteminə sahibdir. Digərlərinin özləri tərəfindən yığılmış mining
fermalarından fərqli olaraq bu sistem stabil temperatur və aşağı səs şəraitində
daimi çalışma üçün yaradılıb.

Kompüterə mining üçün xüsusi olaraq təkmilləşdirilmiş
Ubuntu sistem əməliyyatı yazılıb. Beləliklə fermanı cərəyana, internetə qoşub
elektron portmanat məlumatlarını daxil etmək kifayətdir. 1 ay ərzində bu ferma
1.2 efir (Ethereum) yığıb. Bu isə hal hazırki məzənnə ilə 900$ təşkil edir. Sistem 1 saat ərzində 1
kilovat enerji sərf edir. Jurnalistlər elektroenerjiyə xərclənmiş vəsait ilə
birlikdə tam əldə olunmuş gəlir barəsində məlumat verməyiblər. Buna görə də
sistemin tam effektivliyini söyləmək bir qədər çətindir.

Lakin qeyd etmək
lazımdır ki, efir dünyada məşhurluğuna görə ikinci kriptovalyutadır və onun
qiyməti artır. Gələcəkdə həmin 900$ bir neçə dəfə yüksələ bilər. Bununla yanaşı
jurnalistlər istilik sisteminə də qənaət ediblər. Belə ki, sistem 1 ay ərzində
dayanmadan daxili komponentlərin 60 dərəcə göstəricisində çalışıb. Sözügedən şəxslər
Amsterdamda yaşayırlar. Orda isə qış o qədər də sərt keçmir. Buna görə də otaq
temperaturunu komfort vəziyyətdə saxlamaq üçün mining ferması yetərli olub.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
