Jurnalistlər üçün pulsuz ingilis dili kurslarına qəbul başlayır

Jurnalistlər üçün pulsuz ingilis dili kurslarına qəbul başlayır

Texnologiya
28.09.2018 PAYLAŞIM

Azercell media nümayəndələri üçün ingilis dili kurslarını bu il də davam etdirir

Azərbaycanda KİV nümayəndələrinin inkişafına, onların peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq əlaqələrinin qurulmasına, həmçinin ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaq məqsədilə çoxsaylı layihələr həyata keçirən “Azercell Telekom” MMC bu il də jurnalistlər üçün ingilis dili kurslarını təşkil edir. Oktyabr ayında start veriləcək kurslar çap, elektron və teleradio kütləvi ınformasiya vasitələrində çalışan aktiv peşəkarlar üçün açıqdır. Kurslarda iştirak etmək üçün jurnalistikada ən azı bir il iş təcrübəsinə malik olan şəxslər KİV-də dərc olunan 3 məqaləsini və jurnalist vəsiqəsinin surətini 2 həftə ərzində [email protected] elektron ünvanı vasitəsilə şirkətə təqdim etməlidirlər. Dərslər ixtisaslaşmış ingilis dili müəllimləri tərəfindən əyani şəkildə həftədə 2 dəfə keçiriləcək. Qeyd edək ki, Azercell-in təşkil etdiyi xarici dil kurslarında yüzlərlə KİV nümayəndəsi iştirak edib. Məlumat üçün bildirək ki, fəaliyyətə başladığı gündən etibarən Azercell media qurumlarının irəli sürdüyü təşəbbüsləri dəstəkləyir, jurnalistlərin peşəkar inkişafına yardım edən layihələri reallaşdırır, müxtəlif mövzularda seminar və təlimlərin təşkilini, bir sözlə, ölkəmizdə jurnalistikanın inkişfına yardım edən layihələrə dəstəyini davam etdirir.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..


Snapdragon 898 flaqman prosessoru AnTuTu testində 1.000.000 xal toplama potensia..

Qualcomm şirkəti hələ özünün yeni mobil flaqman prosessorunu təqdim etməyib. Buna baxmayaraq interne..


Keçmiş OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi ilk naqilsiz qulaqlıqlar..

OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei bir neçə müddət bundan öncə özünün Nothing adlı yeni..

×