Kaliforniyalılar sürücüsüz avtomobillərə hücum çəkirlər

Kaliforniyalılar sürücüsüz avtomobillərə hücum çəkirlər

09.03.2018 PAYLAŞIM

Transformers filmindən bir fraqment kimi görünsə də hirsli vətəndaşlar bəlkə də filmdəki Deception adlı pisniyyət robotların müasir qarşılığı kimi gördükləri vasitələrə qarşı mübarizə aparırlar: sürücüsüz avtomobillərə qarşı!

 

Kaliforniya Nəqliyyat Agentliyinin məlumatına görə bu ilin ilk 2 ayında insanlar sürücüsüz avtomobillərə bir neçə dəfə hücum ediblər.


 

Rəsmi statistika isə belədir: Bu ilin Yanvar və Fevral aylarında sürücüsüz avtomobillər 6 yol qəzasının baş verməsində rol oynayıblar. Bunlardan ikisində, yol kənarında dayanan maşınlar vurulub. Üçüncü hesabatda bildirilib ki, yolu keçmək istəyən piyada onun üzərinə sürətlə gələn və sonradan toxunan Chevy Bolt-a hücum çəkib. Avtomobil avtopilot rejimində idi, amma, dövlət qanununa uyğun olaraq sükan arxasında insan var idi.

 

Qəzadan sarsılan piyada avtomobilin arxasınca sürətlə qaçaraq uzun müddət nalayiq ifadələr işlətdi. Daha sonra Chevy-nin sol arxa işığına ziyan vuraraq yolun qarşı tərəfinə keçdi.

 

Üçüncü hadisənin də əsas anti qəhrəmanı San Fransiskolu Chevy Bolt sayılır. Bu dəfə də sükan arxasında sürücü əyləşmişdi. Amma bütün bunlara baxmayaraq, avtomobil yol kənarında dayanan və taksi funksiyası yerinə yetirən nəqliyyat vasitəsinə arxadan zərbə endirdi. Toqquşmanın sürəti azaldıqdan sonra nəqliyyat vasitəsinin sürücüsü hirslə sürücüsüz avtomobilə doğru yönəldi. Los Angeles Times xəbərinə görə o, əlindəki ağır əşya ilə ön sərnişin pəncərəsinə zərbə endirmək istədi.

 


Xoşbəxtlikdən bütün hallarda yaralanma və ya ölüm hadisəsi baş verməyib. Chevy Bolt Cruise istehsalçısı "General Motors" isə hələ ki, bu hadisələrə hər hansısa bir reaksiya verməkdən çəkinir.

 
Təbii ki, avtopilot sisteminə sahib avtomobillərin sayının Kaliforniyada bu qədər çox olması təsadüfi deyil. Dövlət, avtomobil istehsalçılarının avtopilot sistemli nəqliyyat vasitələrini yoxlamasına icazə verir və yəqin ki, yaxın müddətdə ümumiyyətlə avtopilot sistemli avtomobillərə də icazə gələcək.

 


Hələ ki, o səviyyədə inkişaf yoxdur.


Amma çox maraqlı bir məsələyə toxunmadan keçmək istəmirəm. Sözügedən taksi qəzasında sürücünün bu cür aqressiya göstərməsinin daha məntiqli səbəbləri də ola bilər. Avtomobilinə elə də ciddi ziyan dəyməmişdi, amma, görünür sürücünü ən çox gələcək rəqibinin mövcudluğu narahat edirdi.

 

Yerli xəbər agentliklərindən birinin bəyanatına görə, 2017-ci ilin dekabrında Chevy Bolt bir insanın yaralanmasına səbəb olan qəzada böyük rol oynamışdı. Bəlkə də elə bu səbəbdən taksi sürücüsü həm öz iş yoldaşlarını qorumaq, həm də peşəsinin insanlara ehtiyac duyduğunu bildirmək istəyib.

 

Amma sonda məsələyə başqa tərəfdən baxsaq bizə məlum olur ki, sürücüsüz avtomobil yuxusuzluq, sərxoşluq və ya psixoloji pozğunluq kimi problemlərin digərlərinə zərər yetirməməsi deməkdir.

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×