Kanadada Hyperloop nəqliyyat növü inşa ediləcək

Kanadada Hyperloop nəqliyyat növü inşa ediləcək

Texnologiya
02.09.2020 PAYLAŞIM

    Kanadanın Alberta adlı əyalətinin hökuməti gələcəyin nəqliyyat növünün yaradılması üzrə memorandum imzalayıb. Söhbət, yüksək sürətli Hyperloop vakuum qatarlar sistemindən gedir. Sözügedən layihənin reallaşdırılmasını TransPod şirkəti öz üzərinə götürəcək. Kanadanın Edmonton Kalqari şəhərlərini birləşdirəcək Hyperloop xəttinin inşasına 2025-ci ildə start verilməsi planlaşdırılır. Sadalanmış bu iki şəhər arasındakı düz yolun uzunluğu 281 km təşkil edir. Bu barədə Hightech.plus saytı xəbər verib. TransPod şirkəti sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş yüksək sürətli və tam elektrikli nəqliyyat növü ilə texnologiyanı yaradacaq.

    TransPod qatarları saatda 1000 km sürəti keçmə potensialına sahibdirlər. Bir neçə gün bundan öncə şirkət Hyperloop sisteminin inşası üçün Alberta əyalətinin hökuməti ilə qarşılıqlı anlayış memorandumu bağlayıb. Hesablamalara əsasən bu layihə 10 ildən çox müddət üçün 38.000 yeni iş yeri yaradacaq, Albertann iqtisadiyyatına milyonlarla dollar investisiya gətirəcək, insanların və məhsulların nəqliyyat vasitəsilə daşınmalarını sadələşdirəcək və Alberta əyalətində karbon qazının ifrazını ildə 300.000 ton aşağı salacaq. Sözügedən layihənin mərhələləri artıq müəyyənləşdirilib.


    2022-ci ilə kimi texniki-iqtisadi əsasların qoyulması bitməli, 2020-ci ildən 2024-cü ilə kimi bu məsələ ilə bağlı araşdırmalar aparılmalı, 2022-ci ildən 2027-ci ilə kimi təcrübi Hyperloop xəttinin inşası bitməli və testlər keçirilməli, 2025-ci ildə isə Edmonton ilə Kalqari arasında əsas Hyperloop xəttinin inşasına start verilməlidir. Qeyd etmək lazımdır ki, Hyperloop, daxili vakuum şəraitində olan tunellər sistemidir. Həmin tunellərin daxilində sərnişin qatarları saatda 1000 km və daha çox sürət yığa bilərlər. Bu ideyanı bir neçə il bundan öncə Elon Musk vermişdi. Lakin onun özü bu ideyanı reallaşdırmaqdan imtina etmişdi. Onun ideyasına əsasən bu cür nəqliyyat növü vasitəsilə Los Anceles ilə San Fransisko arasındakı yolu (600 km-dən çox) 35 dəqiqəyə qətt etmək mümkün olacaq. Bununla belə sözügedən nəqliyyat növündə bir tərəfə gediş biletinin qiyməti 20$ təşkil etməlidir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.


SpaceX-in Starship kosmik gəmisinin yeni prototipinin uçuş testi uğurla yekunlaş..

Uğursuz olmuş test uçuşlarından sonra SpaceX-in Starship kosmik gəmisinin Starship SN15 adlı yeni pr..


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.

×