Keçmiş 'BMW' işçiləri öz ilk elektromobilləri olan Byton-u təqdim etdilər

Keçmiş 'BMW' işçiləri öz ilk elektromobilləri olan Byton-u təqdim etdilər

Texnologiya
08.01.2018 PAYLAŞIM

Şirkət elektromobilin prototipini CES 2018 tədbirində təqdim edib.

BMW i8 modelinin keçmiş inkişaf rəhbəri Carsten BreitfeldBMW Brilliance Automotive-in keçmiş vitse-prezidenti Daniel Kirchert tərəfindən təsis edilmiş yeni “Byton” adlı şirkət CES 2018 tədbiri çərçivəsində öz elektromobil modelinin prototipini təqdim edib. Elektromobilin 2019-cu ilin sonunadək satışa çıxması gözlənilir. Şirkət təmsilçiləri bildiriblər ki, elektromobilin final versiyası prototipdən o qədər də fərqlənməyəcək. Onun baza versiyasının təqribi qiyməti isə 45.000$ təşkil edəcək.



Elektromobil bir şarj vasitəsilə 400 km yol qətt etməyə imkan verəcək batareya ilə təchiz olunacaq. Şirkətin məlumatlarına əsasən batareyanı 80%-dək 30 dəqiqə ərzində şarj etmək mümkün olacaq. Həmçinin şirkət bir dəfə şarj ilə 500 km-dən çox yol qətt etməyi bacaracaq versiya üzərində də çalışır. Elektromobil həmçinin 3-cü səviyyəli avtopilot sisteminə də sahib olacaq. Belə səviyyədə avtopilot sistemində sürücü əsas faktor olsa da bir sıra proseslər avtomatlaşdırılmış olur. Gələcəkdə isə elektromobil 4-cü səviyyə avtopilot sisteminə kimi yenilənəcək.


Byton adlı elektromobil prototipinin əsas fərqləndirici özəlliyi salondakı bütün qurğu panelini əhatə edən 49 inç-lik ekrandır. Bu ekran naviqasiya və əlavə funksiyaların işə salınması üçün nəzərdə tutulub. Şirkət həmin ekranı elektromobilin final versiyasında saxlayacağına söz verib. Elektromobil sürücüsü jestlər və səsli əmrlərdən istifadə edə biləcək. Həmin əmrləri isə “Amazon” şirkətinin Alexa səsli köməkçisi yerinə yetirəcək. Qeyd etmək laızmdır ki, Byton Future Mobilityşirkətinin brendidir. Bu şirkət isə Asiyanın ən böyük telekommunikasiya holdinqi olan “Tencent”in dəstəyi ilə yaradılmışdır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Snapdragon 898 flaqman prosessoru AnTuTu testində 1.000.000 xal toplama potensia..

Qualcomm şirkəti hələ özünün yeni mobil flaqman prosessorunu təqdim etməyib. Buna baxmayaraq interne..


Keçmiş OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi ilk naqilsiz qulaqlıqlar..

OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei bir neçə müddət bundan öncə özünün Nothing adlı yeni..


Porsche Design Acer Book RS | Video İcmal

Porsche Design Company və Acer-in birlikdə ərsəyə gətirdiyi biznes notebook. Premium seqmenti hədəfl..


Smartfonda göz yorğunluğunu azaltmaq üçün 5 üsul

Texnologiya həyatımızın böyük bir hissəsində özünəməxsus bir yer tutur. Bu səbəbdən saatlarla telefo..


Apple bütün əsas məhsullarına Face ID texnologiyasını əlavə edəcək

Bloomberg saytının jurnalisti Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz əsas məhsullarının ha..


Tədqiqatçılar elektromobillərin həqiqətən də ekoloji təmiz olub-olmadıqlarını yo..

Tədqiqatçılar benzinlə çalışan avtomobillər ilə müqayisədə elektrikli avtomobillərin həqiqətən də ek..

×