main-post-cover

    Kiber hücumlarla bağlı maraqlı bir statistika yayımlandı

    Elm & Texnologiya
    21.11.2019
    Nijat Hamid
            Kiber hücumlar hər şirkətin mütləq başına gələ bilən hadisələrdən biri hesab etmək olar. Hər il internet üzərində milyonlarla kiber hücumlar edilir. Bunların bəziləri Facebook, Amazon kimi dünya nəhənglərinə belə edilir. E-mail və data təhlükəsizliyi şirkəti olan Mimecast 2019-cu ilin 3-cü rübü ilə bağlı statistik məlumatları yayımladı. Yayımlanan məlumatlara görə bu rübdə olan hücumlar daha az qarışıq, lakin iri həcmli hücumlar olmuşdur. Digər bir məlumat isə bu rübdə ən böyük hücumlara bank sistemlərinin məruz qalmasıdır.

    2019-un 3-cü rübü üçün 207 milyard E-mail analiz edildi və zərərli olaraq görülüb 99 milyardı silindi.

            Şirkət tərəfindən baş verən kiber hücumlar əsas 4 kateqoriyaya ayrıldı: Spam, hədəflənmiş, təqlit və fürsətçi. Yayımlanan məlumatlara əsasən, təqlit tipli hücumların ciddi artış göstərdiyi və ümumi hücumların 26%-ini əhatə etdiyi deyilir. Həmçinin Vishing adı verilən səsli şəxsiyyət ələ keçirmə hücumlarının da olması xüsusi diqqət çəkir. Mimecast hesabatlarında həmçinin az büdcəli hücumların da olduğu və əsasən fərdi şəxsləri hədəflədiyindən də bəhs edilir. 
            Mimecast hesabatına görə şirkət analiz edilən 160 milyard E-maildə 19 tip güclü kiber hücuma səbəb olacaq proqram aşkarladığı vurğulanır. Bunların içində Azorult, Hawkeye, Nanocore, Netwired, Lokibot, Locky və Remcos proqramları da var. Şirkət deyir ki, kiber hücumlar əsasən .Zip fayl formatı ilə edilir və bu ümumi kiber hücumların 34%-ini əhatə edir. Qısaca artıq internetdən nə yüklədiyinizə, gələn maillərin adreslərinə, girdiyiniz saytlara çox diqqət etməlisiniz. Əks halda kiber hücumlardan birinin qurbanı ola bilərsiniz.
    Linki kopyala