Kibertəhlükəsizlik mütəxəssisi: 'iPhone 11 Pro smartfonları öz istifadəçilərini izləyirlər' (VİDEO)

Kibertəhlükəsizlik mütəxəssisi: 'iPhone 11 Pro smartfonları öz istifadəçilərini izləyirlər' (VİDEO)

Texnologiya
05.12.2019 PAYLAŞIM

    Kibertəhlükəsizlik mütəxəssisi Brian Krebs bildirib ki, iPhone 11 Pro smartfonu istifadəçinin icazəsi olmadan onun barəsində konfidensial məlumatları yığan tətbiqlərə sahibdir. Bu barədə Rusbase saytı xəbər verib. Brian Krebs, iPhone 11 Pro-da geolokasiya axtarışının necə deaktiv edilməsi barəsində video çəkib. Lakin bir müddətdən sonra geolokasiya axtarışına aid olan ikon yenə də smartfon ekranının yuxarı hissəsində ortaya çıxır.

    Onun verdiyi məlumata əsasən iPhone 8-də bu cür hal müşahidə edilməyib. Daha sonra kibertəhlükəsizlik mütəxəssisi sonuncu iPhone modellərinə sahib digər istifadəçilər ilə də əlaqə yaradıb və öyrənib ki, istifadçilərin çoxu iOS 13.2.3 əməliyyat sistemli iPhone modellərində eyni problemi yaşayırlar. Krebs-in sorğusuna cavab olaraq Apple şirkəti bildirib ki, o bunda heç bir təhlükəli hal görmür.

    Şirkət həmçinin qeyd edib ki, geolokasiya axtarışı ikonunun ekranda əks olunmasının əsas səbəblərindən biri də ayarlarında cihazın yerləşdiyi yer barəsində funksiyanın deaktiv edilməsinin mümkünsüz olduğu tətbiqlərin çalışmasıdır. Mütəxəssis güman edir ki, smartfonlar hətta geolokasiya fuksiyasının deaktiv edilməsi halında da geolokasiya məlumatlarını yığan tətbiqlərə sahibdirlər.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Qualcomm şirkəti orta səviyyəli Snapdragon 720G, 662 və 460 prosessor modellərin..

Keçən ay Snapdragon 865, 765 və 765G prosessor modellərini təqdim edəndən sonra Qualcomm şirkəti ind..


Adi avtomobilin istehsalından daha ucuz: Tesla Cybertruck-ın istehsalat xərci he..

Keçən ilin noyabr ayının sonunda Tesla şirkəti qeyri adi dizayna sahib Cybertruck adlı elektrikli pi..


Toshiba-nın yeni alqoritmi adi kompüterləri superkompüterlərdən daha sürətli edi..

Toshiba şirkətinin mühəndisləri müasir kompüterlərin hesablama güclərini nəzərə çarpacaq dərəcədə yü..


Qatlana bilən Galaxy Z Flip-in texniki göstəriciləri barəsində məlumat verildi..

11 fevral tarixində Samsung şirkəti Galaxy S20 flaqman smartfon seriyası ilə birlikdə həmçinin Galax..


Samsung-un mobil şöbəsinə yeni rəhbər təyin edildi

Samsung şirkətinin daxilində kadr dəyişikliyi baş verib.


Huawei, Android 10 və EMUİ 10 yenilənmələrini alacaq cihazların siyahısını yayım..

Huawei, qlobal ekosistemdə hansı cihazların Android 10 və EMUİ 10 alacağının göstərildiyi siyahını y..