Kimbal Musk gələcəyin fermerləri üçün məktəb proqramını işə salır

Kimbal Musk gələcəyin fermerləri üçün məktəb proqramını işə salır

18.01.2018 PAYLAŞIM

Kimbal Musk-ın Big Green adlı yeni qeyri-kommersiya təşkilatı bütün ABŞ üzrə yüzlərlə məktəblərdə təlim məqsədli kiçik bostanlar tikəcək.

Həmin kiçik bostanlar sayəsində yüksək sinif şagirdləri öz fermer bizneslərini qura və bununla da ildə 400$ vəsait qazana bilərlər. Kimbal Musk ümid edir ki, onun bu yeni layihəsi yeni nəsil fermerlərin yetişdirilməsinə və uşaqların fast-food-dan sağlam qidaya keçid etmələrinə yardımçı olacaq. Big Green təşkilatı bu ilin Aprel ayında Detroitin 100 məktəbində 100 ədəd kiçik bostan quraşdıracaq. Bu layihəyə sponsorlar 5 milyon dollar vəsait ayırıblar. Məktəblilərin fermerlik və sahibkarlıq bacarıqlarına yiyələnmələri üçün təşkilat ümumilikdə 25 milyon dollar vəsait xərcləyəcək.

Business Insider saytının məlumatına əsasən 2020-ci ilə kimi ABŞ-ın 4 ştatının hər birində (Kolorado, Kentukki, Kaliforniya və Texas) 100 ədəd bu cür kiçik bostanlar quraşdırılacaq. Big Green-in təsisçisi Kimbal Musk ilk il deyil ki, bu cür layihə ilə məşğul olur. Hələ 2011-ci ildə o, ABŞ-ın 300-ə yaxın məktəb və uşaq baxçasında Learning Gardens adlı proqramı işə salmışdı. 2017-ci ilin sonuna kimi məktəb və uşaq baxçalarının sayı 425-ə çatdı. Kiçik fermalar vasitəsilə Musk uşaqlara əsl qidanın nə olduğunu göstərməyi və onların sağlam qidaya yönlənmələrini istəyir.



Yuxarı sinif şagirdləri üçün bu cür bostanlar həmçinin yaxşı gəlir mənbəyi hesab olunur. Belə ki, onlar özləri tərəvəzləri yetişdirir və daha sonra onları bazarlarda satır və ya yerli restoranlara təqdim edirlər. Məsələn “Google” şirkətinin Çikaqodakı ofisinin yeməkxanası tərəvəz məhsullarını məktəblilərdən alır. İl ərzində fermer işinə başlamış məktəbli 400$-a kimi vəsait əldə edə bilər. Elon Musk-ın qardaşı Kimbal Musk üçün fermalar yüz illərlə dəyişməyən və keçmişdə qalmış bir sahə deyil.

Onun “Square Roots” adlı şirkəti tərəvəz yetişdirmək üçün şaquli ferma konteynerləri hazırlayır və gələcəkdə həmin konteynerlər ABŞ-ın bir çox şəhərlərində yayılmalıdırlar. Hər bir konteyner gündəlik 30 litr su istifadə edərək həftə ərzində 22.6 kq yarpaq tərzli tərəvəzlər yetişdirir. Kimbal Musk həmçinin eyniadlı ferma akseleratorunu idarə edir. Həmin akselerator gələcəyin ferma üzrə sahibkarlarını yetişdirir. Mütəxəsssilər artıq Kimbal Musk-ın bu yanaşmasını onun böyük qardaşı Elon Musk-ın yanaşması ilə eyni səviyyədə tuturlar. Belə ki, Elon Musk energetik infrastruktur qurmaqla, kosmik sahəni dəyişdiyi bir vaxtda Kimbal Musk kənd təsərrüfatı sahəsində inqilab yaratmaq istəyir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×