
Britaniyanın gizli təşkilatı Kingsman-nın baş ofisi məhv ediləndən sonra, yerdə qalan üzvlər öyrənirlər ki, Kingsman ilə eyni zamanda həmçinin Statesman adlı gizli təşkilat da təsis edilib və o, ABŞ-da fəaliyyət göstərir. Ümumi düşmənə qalib gəlmək üçün isə bu iki gizli təşkilatın üzvləri bir araya gəlməlidirlər. Rejissoru Matthew Vaughn-un olduğu filmdə baş rolları Taron Egerton, Channing Tatum, Halle Berry, Julianne Moore, Mark Strong, Colin Firth, Jeff Bridges və digərləri canlandırıblar. "Kingsman: The Golden Circle" filminin premyerası bu ilin Sentyabr ayında baş tutacaq.
Şərh yoxdur