main-post-cover

    Kirin 9000s prosessorunun yeni versiyası Geekbench testlərindən keçib

    Elm & Texnologiya
    28.11.2023
    Emil Nəcəfov
         Bir neçə saat bundan öncə biz xəbər verdik ki, Huawei şirkəti Kirin 9000s prosessorunun yeni versiyası üzərində çalışır. Ardınca isə şirkət MatePad Pro 11 (2024) planşetini təqdim etdi. Lakin şirkət planşetin hansı prosessor vasitəsilə çalışdığı barəsində məlumat vermədi. Güman edilir ki, MatePad Pro 11 (2024) məhz Kirin 9000s prosessorunun yeni versiyası vasitəsilə çalışır. İndi isə məlum olub ki, Kirin 9000s prosessorunun yeni versiyası Geekbench testlərindən keçib.
         Geekbench testlərindən sözügedən prosessora sahib cihazın 12 GB RAM-lı versiyası keçib. Çox güman ki, söhbət, məhz MatePad Pro 11 (2024) planşetindən gedir. Geekbench-dəki məlumatlara əsasən prosessor özündə bir ədəd 2.49 GHz-lik nüvəni, üç ədəd 2.15 GHz-lik nüvəni və dörd ədəd 1.53 GHz-lik nüvəni birləşdirir. Prosessor Geekbench-in bir nüvəli testi çərçivəsində 1244 xal, çox nüvəli testi çərçivəsində isə 3793 xal toplayıb. Təqribi olaraq eyni xalları 4 il bundan öncə təqdim edilmiş Snapdragon 865 prosessoru yığır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei şirkətinin bilinməyən smartfonunun render fotoları təqdim edilib
    huawei-sirketinin-bilinmeyen-smartfonunun-render-fotolari-teqdim-edilib
    Huawei MateBook D16 (2024) noutbuku təqdim edilib - QİYMƏTİ
    huawei-matebook-d16-2024-noutbuku-teqdim-edilib-qiymeti
    Huawei MatePad Pro 11 (2024) planşeti təqdim edilib - QİYMƏTİ
    huawei-matepad-pro-11-2024-planseti-teqdim-edilib-qiymeti
    Huawei Kirin 9000s prosessorunun yeni versiyası üzərində çalışır
    huawei-kirin-9000s-prosessorunun-yeni-versiyasi-uzerinde-calisir
    Huawei MateBook D16 (2024) noutbukunun təqdimatı anons edilib
    huawei-matebook-d16-2024-noutbukunun-teqdimati-anons-edilib