Kirin 990-dan 50% daha güclü: Huawei Kirin 1020 prosessoru barəsində ilkin məlumatlar ortaya çıxdı
Elm & Texnologiya
14.12.2019
Farid Pardashunas
Baxmayaraq ki, Huawei şirkətinin Kirin 990 prosessoru hələ sentyabr ayında təqdim edilmişdi, artıq onun davamçısı olacaq Kirin 1020 modeli barəsində ilkin məlumatlar internetdə ortaya çıxıb. Bu barədə Mydrivers saytı xəbər verib. Verilmiş məlumata əsasən Kirin 1020 prosessoru Baltimore kod adına sahibdir. Sözügedən prosessor 5 nanometrlik texnoloji proses əsasında hazırlanacaq və yeni nəsil ARM Cortex-A78 nüvələrini əldə edəcək.
Beləliklə yeni prosessor modeli Kirin 990-dan 50% daha güclü olacaq. Bununla yanaşı Kirin 1020 modeli təkmilləşdirilmiş 5G modemə də sahib olacaq. Təbii ki, Kirin 1020 prosessorunu 2020-ci ilin birinci yarısında gözləmək lazım deyil. Çox güman ki, həmin prosessor gələn ilin sentyabr ayında təqdim olunacaq və onu ilk əldə edəcək smartfonlar Huawei Mate 40 seriyasına daxil olacaq smartfonlar olacaqlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)