
Köhnə brendə geri dönüş: Samsung şirkəti Galaxy S10-a hamının tanıdığı məşhur adı verə bilər
Elm & Texnologiya
21.12.2018
Emil
Yeni Galaxy S seriyasının işıq üzü görməsinə bir neçə ay qalıb və ilk baxışdan smartfon haqqında bir çox məlumatın olduğu fikri yarana bilər. Lakin buna baxmayaraq görünür, Samsung şirkəti yenə də bəzi sürprizlərsiz keçinməyəcək. Onlardan biri isə təqdimata hazırlaşan flaqman smartfonların birinin adı ilə bağlıdır. Belə ki, İngiltərənin Mobile-Fun adlı online riteylerinin, Samsung şirkətinin rəsmi distribütoruna istinadən verdiyi məlumata əsasən şirkətin adi Galaxy S10 modeli Galaxy S10 Edge adlanacaq.
Yerdə qalan iki modelin adlarına gəldikdə isə onlarda hələki heç bir dəyişiklik yoxdur. Əgər bu məlumat düz çıxsa, deməli gələn il biz Galaxy S10 Edge, Galaxy S10 Plus və Galaxy S10 Lite modellərini görəcəyik. Qeyd etmək lazımdır ki, adında Edge sözünün əks olunduğu ən son smartfon modeli Galaxy S7 Edge idi və o, 2016-cı ildə təqdim edilmişdi. Galaxy S8 modelinin çıxması ilə şirkət Edge sözündən imtina etdi. Lakin görünür, şirkət smartfonda kənarları əyilmiş ekran dizaynını vurğulamaq üçün Edge brendinə geri qayıdıb. Beləliklə yeni Galaxy S10 seriyası gələn ilin fevral ayının sonuna yaxın təqdim ediləcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
