
Çox zaman Amerika arzusu məhz məhkəmə iddialarından başlayır. Vətəndaşlar uzun müddətdir ki, uğurlu şəkildə böyük şirkətlərin səhvlərinə görə onlardan milyonlarla dollar təzminat əldə edirlər.
Bəzən bu cür məhkəmə iddiaları absurd vəziyyətə kimi çatır. Bir neçə müddət bundan öncə “Apple” şirkəti etiraf etmişdi ki, o, bilərəkdən köhnə iPhone smartfonlarını zəiflədir. Beləliklə şirkət milyonlarla amerikalıya onu istehlakçı hüquqlarının pozulması səbəbindən məhkəməyə vermək üçün əla imkan verdi. Bəziləri hətta bu cür məhkəmə iddialarından yararlanıblar. İstifadəçilər dəymiş zərərin ödənilməsini şirkətdən tələb edirlər.
Lakin indiyənə kimi insanların tələb etdikləri vəsaitlər 100 milyon və ya 100
milyondan bir qədər çox vəsaiti keçmirdi. Kaliforniya ştatı vətəndaşı Violetta
Mailyan isə hamıdan fərqlənib. Belə ki, bu qadın “Apple” şirkətini məhkəməyə
verərək ondan demək olar ki, trilyon dollar təzminat tələb edir. Bu barədə sənədlər
“Apple”ın patentlərini
nəzarətdə saxlayan Patently Apple-da aşkar edilib. Viloetta Mailyan “Apple”
şirkətinin bilərəkdən iPhone cihazını zəiflətməsi nəticəsində ona dəymiş zərəri
999.999.999.000$ (demək olar 1 trilyon dollar) qiymətində dəyərləndirib.
Şərh yoxdur