
Köhnə iPhone modellərinin süni şəkildə zəiflədilməsinə görə 'Apple'dan 125 milyon dollar təzminat tələb olunub
Elm & Texnologiya
26.12.2017
Emil
Köhnə iPhone cihazlarının süni şəkildə şirkət tərəfindən zəiflədilməsi əhvalatından sonra “Apple”a qarşı məhkəmə iddiaları qaldırılmağa başlandı.
Bu məhkəmə iddiaları arasında
böyüyü, kiçiyi və hətta ciddi olmayanları da var idi. Lakin ən böyük məhkəmə
iddiası məhz İsraildən gəldi. Bu, “Apple”a qarşı ilk kollektiv şəkildə məhkəmə
iddiasıdır. Belə ki, şirkətdən 125 milyon dollar təzminat tələb olunub. İsraildə
olan “Apple” pərəstişkarlarının fikrincə şirkət adi proqram təminatı yenilənməsinin
alınmış smartfonlara təsir etməsi barədə məlumatı gizlədərək müştərilər
qarşısında olan öhdəliklərə tüpürüb.
Məhkəmə iddiasını qaldırmış şəxslərin
fikrincə “Apple”ın məqsədi heç də istifadəçiləri düşünmək deyil. Şirkətin əsas
məqsədi istifadəçilərin daha çox iPhone cihazlarını almalarıdır. Qeyd etmək
lazımdır ki, litium-ion batareyaları müəyyən vaxtdan sonra öz enerji həcmlərini
itirirlər. Buna görə də smartfonlarda ani olaraq sönmə və donma halları müşahidə
olunur.
Buna görə də keçən il “Apple” şirkəti iOS 12.2.1 sistem yenilənməsində
iPhone 6 cihazlarında enerjinin pik səviyyədə sərf olunmasının qarşısını almaq
üçün prosessorun gücünü zəiflətməyi tətbiq etmişdi. Bu funksiya demək olar ki,
ideal çalışırdı və prosessorun gücünün zəifləməsini yalnız testlər sayəsində
müşahidə etmək olardı. Yəni onu adi göz ilə görmək mümkün deyil. Lakin əsas məsələ
ondan ibarətdir ki, bu məlumatı “Apple” bir neçə müddət bundan öncəyə kimi gizlədirdi.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
