
Köhnə iPhone modellərinin zəiflədilməsi qalmaqalı 'Apple' şirkətinə neçəyə başa gələcək?
Elm & Texnologiya
04.01.2018
Emil
“Barclays” şirkətinin analitiklərinin məlumatlarına əsasən köhnə iPhone modellərinin zəiflədilməsi ilə bağlı qalmaqal 2018-ci ildə satışların kəskin şəkildə aşağı düşməsinə səbəb ola bilər.
Burda məsələ istifadəçilərin şirkətə
olan etibarlarının itirilməsində deyil. Mütəxəssislər bu məsələnin ortaya
çıxmayacağı halda şirkətin nə qədər smartfon sata biləcəyini hesablayıblar.
Qeyd edək ki, bir neçə müddət bundan öncə “Apple” batareyaların sıradan
çıxmasının qaşısını almaq üçün köhnə model iPhone cihazlarını zəiflətdiyini
etiraf etmişdi. Bundan əlavə olaraq şirkət bu 1 il ərzində köhnə model iPhone
cihazlarının bateryalarının 29$-a dəyişilməsinə razı olmuşdu.
Analitiklərin
hesablamalarına əsasən batareya dəyişilməsinə 77% smartfon namizəd ola bilər. Həmin
77% istifadəçidən çoxu isə özlərinə yeni model ala bilərdilıər. Beləliklə əgər
gələn il 30% istifadəçi öz modellərini yeniləməkdən imtina etsələr, “Apple”da
16 milyon satılmamış iPhone cihazı qalacaq. Pul göstəricisi ilə desək, köhnə
iPhone cihazlarının zəiflədilməsi şirkətə 10 milyard dollara başa gələcək. Hal
hazırda bu problem iPhone 6, iPhone 6 Plus, iPhoen 6s, iPhone 6s Plus, iPhone
SE, iPhone 7 və iPhone 7 Plus modellərini əhatə edir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
