main-post-cover

    Kompakt və yüksək məhsuldarlıqlı avadanlıq - BPS C2

    01.06.2018
    Farid Pardashunas
        Giesecke&Devrient şirkəti yeni nəsil BPS C2 əskinas sayan/çeşidləyən avadanlıqlarını satışa çıxardı.
    BPS C2 avadanlığı əfsanəvi Numeron avadanlığını əvəz edərək "German Design" mükafatına layiq görüldü.
        BPS C2 əskinas sayan/çeşidləyən avadanlığın əsas göstəriciləri kompakt və yüksək məhsuldarlıqlı olmasıdır. Əməliyyatçının rahat istifadəsi üçün əskinas qəbul cibi aşağıda yerləşdirilmişdir.
        BPS C2 sisteminin yüksək sürəti əskinas emalının məhsuldarlığını artırır. Əskinasların sayılması, saxta əskinasların aşkarlanması, nominala və oriyentasiyaya əsasən çeşidlənməsi etibarlı şəkildə aparılacaqdır.
        Bu əskinas sayan/çeşidləyən avadanlığı asanlıqla ofis stolunun üzərində yerləşdirmək mümkündür. Beləliklə, BPS C2 avadanlığını böyük və ya kiçik depozitlərin eləcədə, "back" və ya "front" ofislərdə əskinasların emalında istifadə etmək olar.
    BPS C2 avadanlığının üstünlükləri aşağıdakılardır:
    • kompakt ölçüləri;
    • yüksək məhsuldarlığı - əskinas sayım sürəti: 1050 əskinas/dəq
    • iki ədəd çıxış ciblərinin mövcudluğu əskinas çeşidlənməsi prosesi üçün müxtəlif imkanlar yaradır: nominala, istiqamətə və köhnəliyə görə çeşidləmə
    • şəbəkə daxili imkanların hamısını istifadə edərkən interfeysin müxtəlifliyi avadanlığı mövcud emal prosesi sisteminə inteqrasiya etmək üçün asanlıq yaradır.
        Halal-P şirkəti dünyada ən tanınmış alman şirkətlərdən olan Giesecke + Devrient rəsmi distribyutorudur. Halal-P şirkəti Azərbaycan bazarında 1996-cı ildən fəaliyyət göstərir. Şirkət banklar, ofislər, poliqrafiya müəssisələri üçün müxtəlif növ avadanlıq və peşəkər xidmətlər təklif edir.
    Linki kopyala