Koreyalılar Hyperloop sistemi daxilində sərnişin kapsulunu səs sürətinə yaxın sürətə çatdırıblar

Koreyalılar Hyperloop sistemi daxilində sərnişin kapsulunu səs sürətinə yaxın sürətə çatdırıblar

Texnologiya
17.11.2020 PAYLAŞIM

    Bir neçə gün bundan öncə Virgin Hyperloop şirkəti ilk dəfə olaraq daxilində sərnişinlərin olduğu Hyperloop kapsulunun testini keçirtmişdi. İndi isə məlum olub ki, Koreyadan olan mütəxəssislər Hyperloop texnologiyasının sürətini saatda 1000 km-dən yuxarı yüksəldə biliblər. Bu cür göstərici ilə onlar dünya rekorduna imza atıblar. Bu barədə 4pda saytı xəbər verib.

    Hyperloop texnologiyasının testləri Koreyanın dəmir yolları üzrə elmi-tədqiqat institutunun iştirakı ilə Cənubi Koreyada keçirilib. Test çərçivəsində Hyperloop üçün nəzərdə tutulmuş sərnişin kapsulunun kiçildilmiş versiyası saatda 1019 km sürət yığa bilib. Bu isə havada səs sürətindən (saatda 1191.6 km) bir qədər aşağıdır. Bundan öncə Hyperloop texnologiyası əsasında olan sərnişin kapsulunun sürətini saatda 714 km-ə çatdırmaq olurdu.


    Onu da qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə Virgin Hyperloop şirkətinin reallaşdırdığı test çərçivəsində sərnişinlərin olduqları kapsul saatda 160 km sürətlə hərəkət etmişdi. Cənubi Koreya Hyperloop sistemi vasitəsilə 2024-cü ilə kimi Seul ilə Pusan şəhərlərinin birləşdirilməsi planını açıqlayıb. Adətən bu iki şəhər arasındakı yolu qətt etmək üçün 3 saat vaxt lazım olur. Lakin Hyperloop sistemi vasitəsilə bu göstərici 30 dəqiqəyə endiriləcək. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple M1 prosessoru real testlərdə Intel prosessorunu məhv edib (VİDEO)

İnternetdə Apple şirkətinin öz noutbukları üçün nəzərdə tutulmuş M1 adlı 5 nanometrlik prosessorunun..


İnsayderlər Apple şirkətinin nə zaman 4 nanometrlik mobil prosessora keçid edəcə..

Apple şirkətinin iPhone 12 smartfonları 5 nanometrlik prosessor əldə etmiş ilk smartfonlar oldular. ..


25% daha sürətli çalışma: Google şirkəti yenilənmiş Chrome brauzerini təqdim edi..

Google şirkəti Chrome brauzeri üçün böyük yenilənmə təqdim edib. Tərtibatçıların sözlərinə əsasən Ch..


Apple M1-ə inteqrasiya olunmuş qrafika Nvidia ilə AMD-nin desktop videokartların..

İnternetdə M1 prosessoruna inteqrasiya edilmiş qrafikanın test nəticələri ortaya çıxıb.


SpaceX-in Crew Dragon kosmik gəmisi BKS-ə ilk daimi reysi reallaşdırdı (VİDEO)..

SpaceX şirkəti daxilində 4 nəfər astronavtın olduğu Crew Dragon kosmik gəmisini uğurla Yer kürəsnin ..


BMW şirkəti şəhəriçi elektrikli motosiklet konseptini yaradıb (VİDEO)

Son zamanlar BMW şirkəti elektrikli avtomobillər ideyasına çox diqqət ayırır. İndi isə şirkət gələcə..

×