main-post-cover

    Koronavirus səbəbilə büdcəli iPhone 9-un satışları təxirə salına bilər

    Elm & Texnologiya
    19.02.2020
    Farid Pardashunas
        Çində yayılmağa davam edən koronavirus bir çox texnoloji şirkətlərin işlərinə təsir edib. Apple şirkəti də istisna deyil. Belə ki, bir sıra mənbələrin verdikləri məlumata əsasən Apple şirkəti büdcəli iPhone 9-un (iPhone SE 2) satışlarını gecikdirəcək. Bu barədə Wccftech saytı xəbər verib. Məlumatda qeyd edilib ki, iPhone 9-un mobil bazarda satışa çıxma müddəti dəyişdiriləcək.
        Hal hazırda Apple şirkətinin məhsulları üçün komponent istehsalı ilə məşğul olan istehsalçıları öz istehsal güclərinin yalnız 30-40%-ni reallaşdırırlar. Mütəxəssislərin ilkin hesablamalarına əsasən komponentlərin çatışmazlığı səbəbilə iPhone 9 modelinin əvvəlcədən planlaşdırılan 3 aprel satış tarixi baş tutmayacaq.
        Məlumata əsasən satışlar 3 may tarixinə keçiriləcək. Hələ dünən bir sıra mənbələr xəbər verdilər ki, Apple şirkəti büdcəli iPhone modelinin təqdimatını 31 mart tarixində keçirdəcək. Gözləntilərə əsasən şirkət təqdimatın tarixini dəyişməyəcək. Məşhur analitik Ming-Chi Kuo-nun proqnozlarına əsasən bu il Apple 20 milyon ədəd iPhone 9 istehsal edə biləcək. Ən optimistik proqnozlarda isə bu göstərici 30 milyon ədəd smartfondur. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər