Logo
    main-post-cover

    Kosmik səyahət nüvə enerjisi ilə işləyən plazma raketi ilə inqilab edə bilər!

    Elm & Texnologiya
    13.12.2024
    Farid

         Yüksək sürətli kosmik səyahətlər üçün VASIMR adlı raket sistemini inkişaf etdirən Ad Astra, qarşılaşdığı enerji problemlərini həll etmək məqsədilə SpaceNukes ilə əməkdaşlıq edib. Bu, kosmosda inqilab yarada bilər.

         Alimlər uzun müddətdir nüvə elektrikli hərəkət sistemini Günəş sisteminə dair araşdırmaların potensialını ortaya çıxaracaq çevrilişçi bir texnologiya kimi görürlər. İndi isə bu texnologiyanın əsas komponentləri üzərində sabit irəliləyiş əldə edən 2 şirkət güclərini birləşdirərək bu məqsədi reallığa çevirmək üçün mühüm bir addım atıblar. Ad Astra Rocket Company uzun müddətdir Variable Specific Impulse Magnetoplasma Rocket (VASIMR) üzərində işləyir. Lakin bu tip elektrikli hərəkət sistemi, böyük miqdarda enerji tələb etdiyindən, şirkət bu problemi həll etmək üçün sistemi nüvə reaktoru ilə təkmilləşdirməyi hədəfləyir. Bu məqsədlə Ad Astra, kosmik missiyalarda istifadə üçün 1 kVt gücündə nüvə reaktoru olan Kilopower-ı inkişaf etdirən Space Nuclear Power Corporation (SpaceNukes) ilə strateji tərəfdaşlıq qurub.
        Ad Astra-nın 20 ildən artıq müddətdir üzərində çalışdığı VASIMR elektrik hərəkət sistemi kimi seçilir. Bu sistem, plazmanı maqnit sahələri vasitəsilə sürətləndirərək itələmə gücü yaradır. VASIMR ion itələyiciləri kimi elektrikli hərəkət sistemlərinə bənzəsə də, daha böyük enerji tələbatına malikdir. Hazırkı elektrikli hərəkət sistemləri adətən günəş panelləri və ya radioizotop termoelektrik generatorlar (RTG) ilə enerji alır. Lakin bu mənbələr, VASIMR kimi yüksək enerji tələbi olan sistemlər üçün kifayət deyil. VASIMR-in maksimum itələmə və səmərəlilik səviyyəsinə çatması üçün 100 kilovattdan çox elektrik enerjisi tələb olunur.
         Məhz bu nöqtədə SpaceNukes önə çıxır. Şirkət 2018-ci ildə 1 kVt gücündə işləyən bir Kilopower sistemini uğurla test edib. Hazırda ABŞ Kosmik Qüvvələrinin JETSON layihəsi çərçivəsində 12 kVt gücündə bir model üzərində işləyir. Uzunmüddətli perspektivdə bu reaktorların 100 kVt və ya daha yüksək güc səviyyələrinə çatması nəzərdə tutulur. Bu, VASIMR-in potensialını tam şəkildə ortaya çıxara biləcək səviyyəni təmsil edir. Əməkdaşlıq çərçivəsində 2 şirkət SpaceNukes-un nüvə texnologiyasını Ad Astra-nın hərəkət sistemi ilə inteqrasiya etmək üçün birgə işləyəcək.
         VASIMR və Kilopower-in birləşməsi kosmik araşdırmalarda inqilab edə bilər. Bu texnologiya, Marsa gedib-qayıtma missiyalarının müddətini 1 ildən bir neçə aya qədər endirə bilər. Bundan əlavə, Günəş sisteminin xarici hissələrində yerləşən Enceladus Titan kimi maraqlı peyklərə daha çox və daha ətraflı missiyalar həyata keçirməyə imkan verəcək. Ad Astra və SpaceNukes texnologiyalarını kommersiya məqsədilə istifadəyə vermək üçün konkret vaxt qrafiki təqdim etməyib. Lakin şirkətlər 2020-ci illərin sonlarında orbit sınaqları keçirməyi və 2030-cu illərdə texnologiyanı kommersiyalaşdırmağı hədəfləyirlər. Hər iki şirkətin səbirlə və qərarlılıqla irəliləyiş əldə etdiyi nəzərə alındıqda, bu hədəfin real olduğu söylənə bilər. Ancaq bu texnologiyaların tamamilə kosmosda sınaqdan keçirilib, istifadəyə verilməsi üçün hələ də uzun bir yol var. Beləliklə, Marsa qısa müddət ərzində səyahət etmək artıq xəyal deyil, sadəcə vaxt məsələsidir.
    Paylaş
    Bənzər xəbərlər
    cern-de-kainatin-yaranmasi-ile-bagli-yeni-boyuk-bir-kesf-edilib
    Elm & Texnologiya

    CERN-də kainatın yaranması ilə bağlı yeni böyük bir kəşf edilib!

    CERN-in Böyük Adron Sürətləndiricisi (LHC) kainatın yaranışı ilə bağlı mühüm sirri açıb. Alimlər ən ağır antimaddə olan antihiperhelium-4-ü aşkarlayıblar. Bu kəşf, bizi maddə ilə antimaddənin bərabər olduğu bir mühitdə niyə yalnız maddənin qaldığını anlamağa bir addım daha yaxınlaşdırır.
    elektrikli-avtomobillerin-mesafesini-10-artiran-inqilabi-bir-texnologiya-inkisaf-etdirilib
    Elm & Texnologiya

    Elektrikli avtomobillərin yürüş məsafəsini 10% artıran inqilabi bir texnologiya inkişaf etdirilib!

    Cənubi Koreyalı bir şirkət, elektrikli avtomobillərin yürüş məsafəsini 10% artıran inqilabi elektrik enerjisinin təkrar emalı sistemi hazırlayıb.
    su-ve-gunes-isigindan-hidrogen-yanacagi-elde-etmeyin-yeni-metodu-kesf-edilib
    Elm & Texnologiya

    Su və günəş işığından hidrogen yanacağı əldə etməyin yeni metodu kəşf edilib!

    Alimlər günəş işığı və sudan bərpa olunan hidrogen yanacağı istehsal etmək üçün yeni bir metod kəşf ediblər. Hələlik yalnız erkən prototip reaktor qurulsa da, bu texnologiyanın potensialı böyükdür.
    nasa-kosmosun-daha-once-hec-gorulmemis-mohtesem-goruntulerini-paylasib
    Elm & Texnologiya

    NASA kosmosun daha öncə heç görülməmiş möhtəşəm görüntülərini paylaşıb!

    NASA-nın NEOWISE kosmik teleskopu əvvəllər görülməmiş kosmos görüntülərini paylaşıb. Alimlər ömrünü başa vuran bu kosmik aparatın topladığı məlumatlardan daha çox məlumat əldə etməyi ümid edirlər.
    cinin-mikro-robotu-oz-bacariqlari-ile-rekord-qirib
    Elm & Texnologiya

    Çinin mikro robotu öz bacarıqları ilə rekord qırıb!

    Çinin Beihang Universitetindən olan tədqiqatçılar BHMbot-B adlandırdıqları yeni mikro robot hazırlayaraq sürət və bacarıq sahəsində rekord qırıblar. Cəmi 15 mm uzunluğunda və 2 qram ağırlığında olan bu robot, dünyadakı ən sürətli mikro robotlardan biri olub.