Logo
    main-post-cover

    Kosmik tullantılar Yer üçün ciddi təhlükə yaradır!

    Elm & Texnologiya
    29.12.2024
    Farid

         Kosmosu həmişə sonsuz və təmiz bir boşluq kimi təsəvvür edirdik. Lakin bu boşluq, artıq bir zibilliyə çevrilib. Orbitdəki peyk qalıqları və raket hissələrinin artması planetimiz üçün ciddi bir təhdid yaradır.

         Yer kürəsinin orbitindəki kosmik tullantıların getdikcə artması qlobal bir fəlakətə səbəb ola bilər. Arizona Universitetindən Dr. Vishnu Reddy son 4 ildə kosmosa göndərilən obyektlərin sayının sürətlə artdığını və bunun bəşəriyyət üçün qorxulu bir vəziyyətə gətirib, çıxara biləcəyini deyir. Alimlər kosmik tullantıların toqquşması nəticəsində yarana biləcək Kessler sindromundan narahatdırlar. Bu ssenaridə orbitdəki obyektlər bir-birinə çırpılaraq daha kiçik hissələrə bölünür və bu hissələr də digər obyektlərə çırpılaraq domino effekti yaradır. Bu vəziyyət Yer kürəsinin orbitini peyklər üçün tamamilə yararsız hala gətirə bilər.
         Kessler sindromunun nəzarətsiz şəkildə inkişafı insan üçün kosmik səyahətləri mümkünsüz edə bilər. Xüsusilə, geostasionar orbit bu problemdən ən çox təsirlənən bölgələrdən biri olaraq önə çıxır. Çünki buradakı tullantıların təmizlənməsi son dərəcə çətin və baha başa gəlir. Bu vəziyyət kosmik araşdırmaların gələcəyi üçün böyük bir maneədir. Hal-hazırda orbitdə köhnə peyklərdən və raketlərdən yaranan təxminən 47 min böyük qalıq hissəsi izlənilir. Lakin milyonlarla kiçik hissə görünməz vəziyyətdədir. Bu kiçik hissələr, belə yüksək kinetik enerjiləri ilə hətta metalı belə deşib, keçmə gücünə malikdirlər.
         Peyk rabitəsi, hava proqnozları, naviqasiya kimi bir çox sahədə faydalanılan kosmos müasir dünyamızda çox mühüm rol oynayır. Artan kosmik tullantılar, əsasən peyk sistemlərinin iflic olmasına səbəb olmaqla mühüm xidmətlərin dayanmasına gətirib, çıxara bilər. Bundan əlavə, gələcəkdə kosmos missiyalarından imtina etmək məcburiyyətində qala bilərik. Kosmos tədqiqatlarının gələcəyi bu çirklənmə probleminə qarşı effektiv bir həll tapılmasına bağlıdır.
    Paylaş