main-post-cover

    Kredit kartından kiçik, qiyməti isə 100$-dan az olan Android smartfon (VİDEO)

    Elm & Texnologiya
    08.11.2017
    Farid Pardashunas
    Bir neçə müddət bundan öncə Yaponiyanın FutureModel adlı istehsalçısı ölçüsü kredit kartından balaca, qiyməti isə 100$-dan az olan NichePhone-S adlı Android smartfonu anons etmişdi.

    Baxmayaraq ki, günümüzdə mobil cihazlar bazarında fabletlər əsas trenddədirlər, həmin böyük smartfonlar bir çoxlarının ürəyincə olmurlar. Bazarda orta ölçülü smartfonlar olsa da, çox kiçik mobil cihazlar barmaq ilə sayılacaq qədərdilər. Kiçik smartfon dedikdə isə biz kredit kartı ölçüsünü nəzərdə tuturuq. Qeyd etmək lazımdır ki, bu cür cihazlar Asiyada çox məşhurdurlar. Lakin hələ indiyənə kimi onlardan heç birində əməliyyat sistemi kimi Android-dən istifadə olunmayıb.

    Buna görə də NichePhone-S bu baxımdan bir ilk olmağa laiqdir. Sözügedən smartfon MediaTek prosessoru və 550 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Onun qalınlığı 6.5 mm, çəkisi isə 38 qramdır. NichePhone-S-in sahibləri səsli qeydləri yaza və bulud servisi vasitəsilə musiqilərə qulaq asa bilərlər. Bu balaca smartfon Android 4.2 əməliyyat sistemi vasitəsilə çalışır. İstifadəçi istədiyi zaman onu portmanatda gəzdirə bilər. Smartfon 10 Noyabr tarixindən 88$ qiymətinə satışa çıxacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər