main-post-cover

    Kriptomaynerlər üçün xüsusi Nvidia videokartları gəlir

    15.03.2018
    Nijat Hamid
    Bildiyimiz kimi, kriptovalyutalar hal-hazırda yüksək qazanc mənbələrindən biri olub. Belə olan halda Kriptomaynerlər dediyimiz bir kütlə güclü videokartlar alaraq, əsasən də AMD videokartları ilə kriptovalyuta qazanmağa başladılar.
        Bu kütləni görən "Nvidia" şirkəti həm öz videokartlarının Qara Bazar-da satılmasının qarşısını almaq üçün, həm də bu kütləni özünə cəlb etmək və kriptomayninq etmək üçün xüsusi videokartlar istehsal edəcək.
    Yeni Nvidia P102-100 videokartları kriptomaynerlər üçün xüsusi olaraq istehsal ediləcək.    
        Önümüzdəki aylarda Nvidia 2000 seriyalı videokartlar təqdim ediləcək və çox gümanki, P102-100 model videokartlar da onlarla birlikdə tanıdılacaq. Yeni P102-100  model  videokartların texniki  parametrlərinə  gəldikdə isə, demək olar ki, bu videokartlar  Titan X1080Ti model videokartlarda olan GP102 çipinin üzərində hazırlanacaq. 1852 MHz tezlikdə işləyəcək videokartın 3200 CUDA nüvəsi olacaq
        250 W güc tələb edən videokartın 5 GB GDDR5X həcmində yaddaşı olacaq. Qeyd edək ki, kriptomaynerlər üçün xüsusi hazırlanan bu videokartın monitor girişi olmayacaq. Yəni normal kompüterlərdə istifadə etmək mümkün olmayacaq. Edilən bir sıra testlərə görə bu videokart Ethereum kriptovalyutasını toplayarkən 47 MH/s güc göstərir. Müqayisə üçün qeyd edəsi olsaq, Titan X-də bu 42 MH/s, GTX 1080Ti modelində isə 38 MH/s dəyərlərində olur.
    Sizcə Nvidia kriptovalyuta istifadəçilərini öz əlində toplaya biləcək mi bu addım ilə ?
    Linki kopyala