Kriptovalyuta mayninqi energetik krizisə səbəb olacaq

Kriptovalyuta mayninqi energetik krizisə səbəb olacaq

Texnologiya
04.01.2018 PAYLAŞIM

“Nomura” maliyyə şirkətinin mütəxəssisi Jordan Rochester əmindir ki, yaxın zamanda dünyada kriptovalyuta krizisi baş verəcək.

Bu barədə Business Insider saytı xəbər verib. Onun fikrincə bitcoin digər sahələrə də ciddi təsir etməyə başlayıb. İlk növbədə söhbət energetikadan gedir. O qeyd edib ki, kriptovalyutaların əldə olunması üçün enerjiyə sərf olunan xərclər gözlənildiyindən daha sürətlə artır. Əsasən bu, Çin üçün aktualdır. Belə ki, bitcoinin əldə olunması üçün mayninq fermaların 71%-i məhz Çində yerləşir.

“2016-cı ilin Mart ayında aparılmış hesablamara əsasən bitcoinin əldə olunması üçün sərf olunan elektroenerji Daniyanın sərf etdiyi elektroenerjiyə 2020-ci ildə bərabər olmalı idi. Lakin bitcoin bu nəticəyə artıq çatıb. Yəni güman olunan zamandan 3 il qabaq. Qlobal bazara təsir göstərmək üçün bitcoin hələ cavandır. Lakin o artıq Asiyanın regional bazarlarına təsir edir. Bitcoinin dünya üzrə satışlarının yarısı Yaponiyanın payına düşür. ABŞ-a isə 1/4 hissəsi düşür. Kriptovalyuta krizisi baş versə də, bu Asiyada baş verəcək” – deyə Jordan bildirib.

Qeyd etmək lazımdır ki, 2017-ci ildə kriptovalyuta mayninqi artıq videokart bazarına təsir göstərərək onların qiymətlərini qaldırmışdır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Snapdragon 898 flaqman prosessoru AnTuTu testində 1.000.000 xal toplama potensia..

Qualcomm şirkəti hələ özünün yeni mobil flaqman prosessorunu təqdim etməyib. Buna baxmayaraq interne..


Keçmiş OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi ilk naqilsiz qulaqlıqlar..

OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei bir neçə müddət bundan öncə özünün Nothing adlı yeni..


Porsche Design Acer Book RS | Video İcmal

Porsche Design Company və Acer-in birlikdə ərsəyə gətirdiyi biznes notebook. Premium seqmenti hədəfl..


Smartfonda göz yorğunluğunu azaltmaq üçün 5 üsul

Texnologiya həyatımızın böyük bir hissəsində özünəməxsus bir yer tutur. Bu səbəbdən saatlarla telefo..


Apple bütün əsas məhsullarına Face ID texnologiyasını əlavə edəcək

Bloomberg saytının jurnalisti Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz əsas məhsullarının ha..


Tədqiqatçılar elektromobillərin həqiqətən də ekoloji təmiz olub-olmadıqlarını yo..

Tədqiqatçılar benzinlə çalışan avtomobillər ilə müqayisədə elektrikli avtomobillərin həqiqətən də ek..

×