main-post-cover

    Kriptovalyuta mining etmək istəyərkən evini yandırdı

    30.11.2017
    Farid Pardashunas
    27 Noyabr tarixində Rusiyanın Novorossiysk şəhərində yerləşən çoxmərtəbəli binanın 4-cü mərtəbəsindəki evdə yanğın baş verib.
    Yanğının səbəbi o saat bəlli olub. Belə ki, hadisə elektroşəbəkədə olmuş yüklənmə nəticəsində baş verib. Lakin elektroşəbəkədə yüklənmənin səbəbini sonradan müəyyən ediblər. Məlumata əsasən həmin evin sakini bitcoin yığmaq üçün öz evində mining ferması qurub. Fotolardan da göründüyü kimi onun evində eyni anda 12 ədəd videokart çalışırmış. Görünür, həmin şəxs bitcoinin qiymətinin qalxması fonunda mining fermasının gücünü artırmaq istəyib. Lakin elektroşəbəkə bu cür yüklənməyə dözməyib. Belə ki, mining prosesi yüksək dərəcədə hesablama resursu və elektroenerji sərfiyyatı tələb edir.

    Linki kopyala