
Kriptovalyuta oğurlamaq üçün silahlı hücum etdi
Elm & Texnologiya
14.12.2017
Emil
Bu cinayəti etmiş şəxsi 25 il azadlıqdan məhrum etmək cəzası gözləyə bilər.
Amerikanın Nyu-Cersi şəhər sakini
1.8 milyoon dollar dəyərində efir kriptovalyutasını oğurlamaq üçün silahlı
hücum edib. Bu barədə xəbəri Bloomberg saytı məhkəmə prosesindən əldə etdiyi məlumatlara
istinadən verib. Məhkəmənin verdiyi məlumata əsasən 35 yaşlı Louis Meza adlı şəxs
öz şəriki ilə birlikdə zərərçəkmiş şəxsi silah ilə hədələyərək onun ev
açarını, portmanatını və telefonunu götürüb. Evdə Meza bir qutu aşkar edib.
İstintaq əsnasında məlum olub ki, həmin qutunun içində açar, vacib kağızlar və
ya hard disk ola bilərdi. Qutunun daxilində olan vacib məlumat sayəsində cinayətkar
zərərçəkmiş şəxsin elektron portmanatına sahib olub. Həmin portmanatda isə 1.8
milyon dollar dəyərində efir kriptovalyutası olub. Daha sonra Meza həmin
kriptovalyutanı öz rəqəmsal portmanatına keçirdib. Nəticədə Louis Meza-nı 25 il
azadlıqdan məhrum olmaq cəzası gözləyə bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
