Las-Veqasdakı Sphere adlı nəhəng kürə formalı ekran NVIDIA-nın qrafik prosessorları hesabına çalışırmış
Elm & Texnologiya
11.07.2024
Emil
NVIDIA-nın heç gözlənilmədən vermiş olduğu məlumata əsasən Las-Veqasda fəaliyyət göstərən Sphere adlı kürə formalı nəhəng ekranın çalışmasında onun qrafik prosessorları iştirak edirlər. Məlum olub ki, belə nəhəng ekranın çalışması üçün heç də çoxlu sayda qrafik prosessora ehtiyac yoxdur. NVIDIA-nın səzlərinə əsasən Sphere-nin “beyni” rolunda 150 ədəd RTX A6000 qrafik prosessoru çıxış edir. Bir ədəd RTX A6000 özündə 10 000 nüvəni və 48 GB VRAM-ı birləşdirir. Üstəlik bir ədəd RTX A6000-in enerji sərfiyyatı 300 vatt təşkil edir. Nəticədə Sphere ekranı özündə ümumilikdə 1 612 800 nüvəni, 7200 GB VRAM-ı birləşdirir və onun enerji sərfiyyatı 45 000 vatt təşkil edir. Bütün bu komponentlər Sphere-nin daxili hissəsini təşkil edən 16K keyfiyyətli 16 ədəd ekranın və xarici hissəsini təşkil edən diod işıqlarının çalışmasına imkan verirlər.
Paylaş
Bənzər xəbərlər
Tech-Biznes
AMD zamanında NVIDIA-nı almağa çox yaxın imiş
Hemant Mohapatra adlı mühəndis 6 ildən çox müddət ərzində AMD şirkətində çalışıb və o, şirkətin qrafik çipləri ilə prosessorlarının hazırlanmasında iştirak edib. X (keçmiş Twitter) sosial şəbəkəsindəki hesabında Mohapatra maraqlı tarixi məlumatı bölüşüb.
Süni İntellekt
Nvidia, 50 trilyon dollarlıq “AI avtomatlaşdırma” bazarına hazırlaşır!
Nvidia CEO-su Jensen Huang, şirkətin illik toplantısında verdiyi açıqlamada 50 trilyon dollarlıq süni intellektə əsaslanan avtomatlaşdırma bazarından faydalanmaq istədiyini bildirib.
Süni İntellekt
Nvidia DLSS, gələcəkdə generativ süni intellektdən istifadə edəcək!
Nvidia-nın DLSS texnologiyasının oyunlara təsiri getdikcə artacaq. Baş direktor Jensen Huang-ın sözlərinə görə, DLSS gələcəkdə sıfırdan oyundaxili teksturalar, personajlar və obyektlər yarada biləcək.
Tech-Biznes
Apple brendinin dəyəri 1 trilyon dolları keçib
Bazar dəyəri fəaliyyətdə olan hər hansısa şirkətin uğurunun qiymətləndirilməsi üçün istifadə edilən yeganə üsul deyil. Belə ki, dünyanın ən bahalı brendləri kimi reytinq mövcuddur.
Tech-Biznes
NVIDIA, Apple şirkətini geridə qoyaraq dünyanın ikinci ən bahalı şirkətinə çevrilib
NVIDIA şirkətinin səhmlərinin ümumi dəyəri 5% yüksələrək dünən birjadakı satışlarda bir səhm üçün 1224.40$ dəyərində təyin edilib.
Ən çox oxunanlar