main-post-cover

    Lenovo Legion R9000P gaming noutbukunun yeni versiyası təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    26.05.2023
    Farid Pardashunas
        Lenovo şirkəti Legion seriyasına daxil olan Legion R9000P adlı gaming noutbukunun yeni versiyasını təqdim edib. Təqdim edilmiş yeni noutbuk özündə keyfiyyətli ekranı, AMD şirkətinin flaqman prosessorunu və NVIDIA-nın GeForce RTX seriyasına daxil olan videokartını birləşdirir. Beləliklə Lenovo Legion R9000P gaming noutbuku 240 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 16 düym ekran ilə təchiz olunub.
        Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir və Dolby Vision dəstəyinin əldə edilməsi ilə yanaşı həmçinin sRGB rəng diapazonunun 100%-ni əhatə edir. Noutbuk AMD Ryzen R9 7945HX prosessoru vasitəsilə çalışır. O həmçinin NVIDIA GeForce RTX 4060 videokartı ilə təchiz olunub və özündə DDR5-5200 standartlı 16 GB RAM ilə 1 TB-lıq SSD-ni birləşdirir. Noutbuk pərlərdən ibarət aktiv soyutma sisteminə sahibdir. Lenovo Legion R9000P artıq Çin bazarında satışa çıxıb və 1275$-a satılır. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər