main-post-cover

    Lenovo Legion Y700 (2023) gaming planşeti təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    24.07.2023
    Emil Nəcəfov
        Lenovo şirkəti özünün Legion brendi altında yeni gaming planşetini təqdim edib. Söhbət, Lenovo Legion Y700 (2023) adlı planşetdən gedir. Sözügedən planşet yüksək təsvir yenilənməsinə sahib ekranı və performanslı prosessoru ilə fərqlənir. Beləliklə Lenovo Legion Y700 (2023) planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 8.8 düym IPS ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir.
        Əsas texniki göstəricilərə gəldikdə isə planşet Snapdragon 8+ Gen 1 prosessoru, 12/16 GB RAM, 256/512 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 13 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 45 vatt gücündə sürətli şarj texnologiyalı 6550 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Lenovo Legion Y700 (2023) özündə iki ədəd USB Type-C girişini və stereo səsgücləndiriciləri birləşdirir. Planşet Android 13 vasitəsilə çalışır. O artıq Çin bazarında satışa çıxıb. Planşetin digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir. Onun Çin bazarındakı satış qiymətləri isə aşağıdakı kimidir.
    - 12 GB RAM + 256 GB yaddaş - 333$
    - 12 GB RAM + 512 GB yaddaş - 361$
    - 16 GB RAM + 512 GB yaddaş - 389$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər