
Lenovo şirkəti gamer smartfonun təqdimatına hazırlaşır
Elm & Texnologiya
13.02.2020
Emil
Görünür, Lenovo şirkəti gamer smartfonlar sahəsinə daxil olmağı qərara alıb. Belə ki, şirkət Çinin Weibo sosial şəbəkəsində poster təqdim edib və həmin poster yeni smartfon modelinin təqdimatına işarə edir. Bu barədə Gagadget saytı xəbər verib. Şirkətin gamer smartfonu Legion brendi altında satışa çıxacaq. Qeyd etmək lazımdır ki, indiyənə kimi şirkət bu brend altında yalnız noutbuk modellərini təqdim edirdi. Şirkətin ilk gamer smartfon modeli Snapdragon 865 prosessoru ilə təchiz olunacaq. Bundan əlavə olaraq Lenovo Legion 5G modem də əldə edəcək. Smartfon barəsində digər bir məlumat hələki yoxdur.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
