main-post-cover

    Lenovo şirkəti öz ilk gamer smartfonunun əsas özəlliyini sərgilədi

    Elm & Texnologiya
    17.02.2020
    Farid Pardashunas
        Lenovo şirkəti təqdimata hazırlaşan Legion adlı gamer smartfonunun rəsmi tizer fotolarını təqdim edib. Beləliklə təqdim edilmiş tizer fotolara əsasən Legion gamer smartfonunun əsas özəlliyi onun yüksək performans göstəricisi olacaq. Şirkət artq smartfonu məşhur AnTuTu bençmark saytında testdən keçirdib. Bu barədə Gizchina saytı xəbər verib.
        “Game On” yazısı olan ilk tizer fotoda əks olunmuş 600.000 ədədi smartfonun AnTuTu testində yığdığı xala işarə edir. Əgər bu məlumat təsdiqlənsə Lenovo-nun Legion adlı gamer smartfonu Android cihazlar arasında rekord göstəriciyə sahib smartfon olacaq. Digər tizer fotosu həmçinin onu təsdiqləyir ki, smartfon Snapdragon 865 prosessoru ilə təchiz olunacaq. Smartfonun dəqiq texniki göstəriciləri və təqdimat tarixi barəsində heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər