main-post-cover

    LG -nin yeni qaz sobası yemək bişirmə təcrübəsini üst səviyyəyə daşıyır

    18.05.2018
    Farid Pardashunas
        Ev avadanlıqları sektorunun lideri LG Elektronics öz yeni qaz sobasını təqdim edir. Yeni soba "UltraHeat" və "DualHeating" texnologiyaları ilə qaz sobası bazarında fərq yaradır. Üst hissədə elektrik qril isidicisi, alt hissədə isə qaz isidicisi ilə yeni qaz sobası bişirmə prosesini balanslaşdırır. Xüsusi bişirmə bacarıqları ilə yanaşı LG qaz sobası "EasyClean" texnologiyasının köməyi ilə təmizləmə prosesini qat-qat asan edir. Sobalar arasında ən böyük ölçünü, unikal dizaynı və istifadəyə yararlı xüsusiyyətlərilə LG -nin yeni qaz sobasına hər bir mətbəxdə yer var.
        LG -nin qaz sobası "UltraHeat" texnologiyasının köməyi ilə mükəmməl bişirmə performansı göstərir. 3.3 kw yanma gücünə sahib olan soba bişirilmə vaxtını azaldır və altlı-üstlü isitmə funksiyası ilə yeməkləri yandırmır. Həm də bu texnologiyanın köməyi ilə soba, digərləri ilə müqaisədə üç dəfə tez qızır.
        Bu soba innovativ "EasyClean" texnologiyası ilə cəmi üç addıma təmizlənə bilir. İstifadəçilər sadəcə sobanın içinə su spreyləyir, "EasyClean" düyməsinə basır və heç bir bərk silgi və təmizləyici maddədən istifadə etmədən qaltıntıları silirlər.
         "EasyClean" inin üz hissəsi su ilə yumuşalır və 10 dəqiqəlik müddətə bu nəhəng soba tər-təmiz olur.
         LG -nin qaz sobası, bazardakı ən böyük ölçülüdür. 153 litr həcmində yer təklif edən sobaya müxtəlif növ tava və boşqabları rahatlıqla yerləşdirmək mümkündür. Böyük pizzalar və hinduşqaları bu sobada bişirmək heç bir problem yaratmır.
         Bu soba bir çox istifadəyə yararlı, rahatlıq və təhlükəsizliyi təmin edən xüsusiyyətlərə sahibdir. Sobanın ön hissəsi təhlükəsizliyi azaltmaq üçün xüsusi şəkildə dizayn olunub. Ön hissədə unikal dizaynla yanaşı həm də şüşənin üzünün yerə çırpılmasının qarşısını almaq üçün xüsusi texnologiya mövcuddur. Qapağı əlinizdən buraxdıqda o bütün hallarda ancaq 45 dərəcəyə qədər enir.
         LG -nin avotmatik taymeri istifadəçilərə yeməklər üçün müəyyən bişirmə vaxtı təyin etməyi və davamlı olaraq yeməyi yoxlamaq əziyyətindən xilas edir.
         Üç qatlı şüşə istiliyi balanslı şəkildə paylayır və istifadəçilərin əllərini yandırmadan təhlükəsiz şəkildə yeməklərini yoxlamalarına imkan yaradır. Bu üç qatlı şüşənin hesabına şüşədəki istilik dərəcəsi adi modellərinkindən on dərəcə aşağıdır.
         Əlavə olaraq sobanın içində poladdan hazırlanmış tava mövcuddur. Bu xüsusi tavanın köməyilə steyk bişirmək və ya qısa vaxt ərzində yumurta qızartmaq mümkündür. Sobanın üstündə isə altı ədəd yanma bölümü yer alır. Beləliklə LG -nin qaz sobası altı yeməyi eyni anda bişirməyə imkan verir.
         LG Elektronics ev avadanlıqları və havadəyişən qurğu şirkətinin prezidenti Song Dae-hyun: "LG, istifadəçilərin mətbəxdəki ehtiyyaclarına uyğun həllər tapmağı ilə seçilir. LG -nin ən yeni qaz sobası geniş ölçüsü, "UltraHea"t və "DualHeating" texnologiyaları ilə istifadəçilərə kreativ və rahat şəkildə maraqlı təamlar bişirməyə imkan yaradır. "EasyClean" xüsusiyyətinin köməyilə sürətli və asan şəkildə təmizlənə bilməsi isə yeməkdən sonra istifadəçilərin yorulmasının qarşısını alır"
    Linki kopyala