LG G7-ni sıfırdan hazırlamaq üçün təxirə saldılar

LG G7-ni sıfırdan hazırlamaq üçün təxirə saldılar

Texnologiya
17.01.2018 PAYLAŞIM

Yeni flaqman modeli LG G7-nin anonsuna çox qısa bir müddət qaldığı bir vaxtda “LG Electronics” şirkətinin CEO-su Jo Seong-jin gözlənilmədən smartfonu sıfırdan yığmaq və onun təqdimatını təxirə salmaq qərarını verib.

Bu barədə The Investor saytı xəbər verib. Anonim mənbələrin verdikləri məlumatlara əsasən bu cür qərarı Jo Seong-jin CES 2018 texnoloji konfransında verib. Görünür, o, digər şirkətlərin texnologiyalarından ilhamlanaraq G7 modelinin flaqman adına layiq görülmədiyini anlayıb. Buna görə də smartfonu yenidən yığaraq onun özünəməxsus özəlliyini ortaya çıxartmaq üçün o bu qərarı verib. Nəticədə smartfonun hazırlanmasına sıfırdan start verilib.

Heç istisna deyil ki, smartfon tamamilə başqa cür adlandırılacaq. Belə ki, bir neçə müddət bundan öncə şayiə gəzirdi ki, şirkət G seriyasının rebrendiqini etməyi düşünür. Görünür, buna görə şirkətin rəhbəri CES 2018-də çıxış edərkən bildirmişdi ki, “LG” öz rəqiblərinə cavab olaraq qrafik üzrə deyil, lazım olduğu vaxtlarda smartfon istehsalına başlayacaq. Çox güman ki, LG G7-ni MWC 2018-də təqdim etməyəcəklər. Güman olunur ki, smartfonun anonsu Mart-Aprel aylarında olacaq. Lakin bunlar yalnız təxminlərdir. Belə ki, heç şirkətin özü də hələki bilmir ki, yeni smartfonu nə zaman təqdim etməyə hazır olacaq. Şirkət bu sualın cavabını 16 Fevral tarixinədək müəyyənləşdirməyi planlaşdırır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple bütün əsas məhsullarına Face ID texnologiyasını əlavə edəcək

Bloomberg saytının jurnalisti Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz əsas məhsullarının ha..


Tədqiqatçılar elektromobillərin həqiqətən də ekoloji təmiz olub-olmadıqlarını yo..

Tədqiqatçılar benzinlə çalışan avtomobillər ilə müqayisədə elektrikli avtomobillərin həqiqətən də ek..


Dünyada ilk dəfə süni ürək transplantasiyası reallaşdırılıb (VİDEO)

Amerikalı mütəxəssislər dünyada ilk dəfə süni ürək transplantasiyasını reallaşdırıblar. Aeson adlı k..


“One Solution” MMC mobil rabitə qüllələrinin quraşdırılması və istismarı sahəsin..

2014-cü ildən bəri fəaliyyət göstərən “One Solution” MMC mobil rabitə qüllələrinin quraşdırılması və..


Analitiklər: 'Elon Musk Tesla brendi altında elektrikli uçuş aparatı istehsal et..

Görünür, Elon Musk yaxın gələcəkdə Tesla brendi altında təkcə elektromobil istehsal etmək niyyətində..


Jeff Bezos New Shepard kosmik gəmisi vasitəsilə ilk kosmik uçuşunu reallaşdırıb ..

Jeff Bezos özünün Blue Origin şirkətinin New Shepard adlı kosmik gəmisi vasitəsilə kosmik uçuşu real..

×