
LG G7 ThinQ modelinin rəsmi təqdimat tarixi məlum oldu və yeni fotoları sızdırıldı
Elm & Texnologiya
24.04.2018
Emil
Bugün LG şirkəti rəsmi olaraq bildirdi ki, yeni flaqman
modeli olacaq LG G7 ThinQ 2 May tarixində təqdim olunacaq. Məşhur insayder Evan
Blass isə smartfonun yeni reklam fotolarını təqdim edib. Həmin fotolarda
smartfonu hər tərəfdən görmək mümkündür. Beləliklə təqdim olunmuş fotodan da
görmək olar ki, LG G7 ThinQ modeli ön panelin yuxarı hissəsi tərəfdən çıxıntıya
və aşağı hissədən bir qədər böyük çərçivəyə sahib olacaq.

Xoş xəbər ondan ibarətdir
ki, smartfon ənənəvi 3.5 mm-lik audiogirişə sahib olacaq. LG G7 ThinQ həmçinin
şaquli şəkildə yerləşdirilmiş ikili arxa kamera və onun alt hissəsi tərəfdən barmaq izi skanı
texnologiyası ilə təchiz olunacaq. Texniki göstəricilərə gəldikdə isə smartfon
1440x2880 piksel keyfiyyətli 6.1 inç QHD+ ekran, Snapdragon 845 prosessoru, 4
GB RAM, 64 GB daxili yaddaş, 16 MP-lik ikili arxa kamera, 8 MP-lik ön kamera və
3000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun qiyməti barəsində
isə heç bir məlumat yoxdur.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
