
Bu il LG şirkəti özünün məşhur G seriyası smartfonunun təqdimatını bir qədər ertələdi. Belə ki, sözügedən smartfon seriyasında bir sıra dəyişikliklər olacaq. Beləliklə yeni smartfon LG G7 ThinQ adlanacaq. Yeni sızdırılmnış foto sayəsində biz artıq LG G7 ThinQ modelinin necə görünəcəyini bilirik. Xarici görünüşcə yeni model LG G6'dan minimal dəyişikliklər ilə fərqlənir. Belə ki, yeni modelin ön panelinin yuxarı hissəsində kiçik çıxıntı yerləşir, arxa paneldəki kamera isə şaquli vəziyyətdə yerləşdirilib. Korpus isə həmişəki kimi şüşə və metaldan hazıllanıb. Smartfonun adındakı ThinQ sözü LG şirkətinin süni zəka texnologiyasına aiddir.
Şirkət
bir neçə müddət bundan öncə LG V30S ThinQ adlı smartfonu təqdim etmişdi. Həmin
smartfonda kamera vasitəsilə obyektlərin təyin olunması üçün süni zəka
texnologiyasından istifadə olunur. LG G7 ThinQ-nun korpusunun kənar hissəsində
əlavə düymə yerləşdirilib. Həmin düymə çox güman ki, səsli köməkçinin işə
salınması üçün nəzərdə tutulub. Məlumata əsasən yeni LG G7 3120x1440 piksel
keyfiyyətli 6 inç ekran, Snapdragon 845 prosessoru, 4/6 GB RAM, 64/128 GB
daxili yaddaş, 16 + 16 MP-lik ikili arxa kamera və 3000 mAh enerji tutumlu
batareya ilə təchiz olunacaq.
Şərh yoxdur