LG G7 ThinQ smartfonunun rəsmi fotosu sızdırıldı

LG G7 ThinQ smartfonunun rəsmi fotosu sızdırıldı

10.04.2018 PAYLAŞIM

Bu il LG şirkəti özünün məşhur G seriyası smartfonunun təqdimatını bir qədər ertələdi. Belə ki, sözügedən smartfon seriyasında bir sıra dəyişikliklər olacaq. Beləliklə yeni smartfon LG G7 ThinQ adlanacaq. Yeni sızdırılmnış foto sayəsində biz artıq LG G7 ThinQ modelinin necə görünəcəyini bilirik. Xarici görünüşcə yeni model LG G6'dan minimal dəyişikliklər ilə fərqlənir. Belə ki, yeni modelin ön panelinin yuxarı hissəsində kiçik çıxıntı yerləşir, arxa paneldəki kamera isə şaquli vəziyyətdə yerləşdirilib. Korpus isə həmişəki kimi şüşə və metaldan hazıllanıb. Smartfonun adındakı ThinQ sözü LG şirkətinin süni zəka texnologiyasına aiddir.


Bənzər xəbər


Şirkət bir neçə müddət bundan öncə LG V30S ThinQ adlı smartfonu təqdim etmişdi. Həmin smartfonda kamera vasitəsilə obyektlərin təyin olunması üçün süni zəka texnologiyasından istifadə olunur. LG G7 ThinQ-nun korpusunun kənar hissəsində əlavə düymə yerləşdirilib. Həmin düymə çox güman ki, səsli köməkçinin işə salınması üçün nəzərdə tutulub. Məlumata əsasən yeni LG G7 3120x1440 piksel keyfiyyətli 6 inç ekran, Snapdragon 845 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş, 16 + 16 MP-lik ikili arxa kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×