
LG G7 və G7 Plus-ın texniki göstəriciləri ilə fotosu sızdırılıb
Elm & Texnologiya
22.03.2018
Emil
Dünən bəzi kütləvi informasiya
vasitələri sayəsində məlum oldu ki, LG şirkətinin yeni flaqman modelləri olacaq
G7 və G7 Plus smartfonları OLED deyil LCD ekrana sahib olacaqlar. Bugün isə
internetdə sözügedən smartfonların fotoları və texniki özəllikləri barəsində məlumatlar
ortaya çıxıb. Bu məlumatlar MWC 2018 tədbirində smartfonların bağlı qapılar
arxasında təqdimatı üçün istifadə olunmuş noutbookda tapılıb.
Təqdim olunmuş
reklam fotosuna əsasən belə bir nəticəyə gəlmək olar ki, LG şirkəti iPhone X
yolu ilə gedərək öz yeni smartfonlarını ona bənzədib. LG G7 və G7 Plus modelləri
ön panelin böyük bir hissəsini əhatə edən ekrana, ekranın üst hissəsində kiçik
çıxıntıya, nazik çərçivələrə, ikili arxa kameraya və arxa paneldə barmaq izi
skanı texnologiyasına sahibdirlər.

Hər iki smartfon 19.5:9 nisbətli 6.1 inç
ekran, Snapdragon 845 prosessoru ilə təchiz olunub və IP68 standartlı sudan və
tozdan qorunma özəlliyini özündə birləşdirir. G7 4 GB RAM və 64 GB daxili
yaddaşa, G7 Plus isə 6 GB RAM və 128 GB daxili yaddaşa sahibdir. Hər iki model
f/1.6 diafraqmalı 16 MP-lik ikili arxa kamera ilə təchiz olunub. Bununla yanaşı
hər iki smartfonda 3000 mAh enerji tutumlu batareyanın olduğu güman olunur.
Qeyd etmək lazımdır ki, LG G7 və G7 Plus modellərinin təqdimatı bu ilin İyun
ayında baş tutacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
