LG G9 ThinQ smartfonu Snapdragon 865 prosessoruna sahib olmaya bilər

LG G9 ThinQ smartfonu Snapdragon 865 prosessoruna sahib olmaya bilər

Texnologiya
24.03.2020 PAYLAŞIM

    Keçən ay LG şirkəti Snapdragon 865 prosessoru ilə təchiz olunan V60 ThinQ 5G flaqman smartfon modelini təqdim etmişdi. Güman olunurdu ki, şirkətin növbəti flaqman smartfonu olacaq LG G9 ThinQ də həmin prosessora sahib olacaq. Lakin G9 ThinQ modelinin güman olunan təqdimatına az müddət qalmış insayderlər xəbər veriblər ki, LG şirkəti sözügedən smartfonda daha aşağı səviyyəli prosessor modelinin istifadəsinə qərar verib. Bu barədə Wccftech.com saytı xəbər verib.

    İnsayderlərin verdikləri məlumatlara əsasən LG G9 ThinQ smartfonu Snapdragon 765G prosessoru ilə təchiz olunacaq. Çox güman ki, şirkətin bu cür qərarının əsas səbəbi smartfonun satış qiymətini aşağı salmaq istəməsədir. Bundan əlavə olaraq Snapdragon 865-dən imtina edilməsinə baxmayaraq smartfon Snapdragon X52 modemi sayəsində 5G şəbəkə dəstəyini özündə qoruyub saxlayacaq. Qeyd etmək lazımdır ki, LG G9 ThinQ smartfonunun təqdimat tarixi barəsində hələ heç bir məlumat yoxdur. 

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..


Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar..

Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlı..


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..

×