LG-nin Velvet adlı yeni smartfon modelinin rəsmi videosu təqdim olundu (VİDEO)
Elm & Texnologiya
20.04.2020
Farid Pardashunas
LG şirkəti satışa çıxmağa hazırlaşan yeni smartfon modelinin rəsmi videotizerini təqdim edib. Qeyd etmək lazımdır ki, sözügedən smartfonun dizayn fotoları hələ keçən həftə ortaya çıxmışdı. Şirkətin LG Velvet adlı yeni smartfon modelinin əsas özəlliyi ondan ibarətdir ki, o, əvvəlki LG smartfonlarından fərqlənən yeni dizayna sahibdir. Bundan əlavə olaraq onun adında heç bir rəqəm yoxdur. Bu barədə 9to5google saytı xəbər verib.
Beləliklə təqdim edilmiş rəsmi videotozerə əsasən smartfon kənarları bir qədər əyilmiş dizayna sahib olacaq. Onun gövdəsinin aşağı hissəsində 3.5 mm-lik audiogiriş yerləşəcək. LG Velvet üçlü arxa kamera ilə təchiz olunacaq. Smartfonun sağ kənarında yandırıb/söndürmə düyməsi, sol kənarında isə səsin tənzimlənməsi düymələri yerləşəcəklər.
Barmaq izi skanı texnologiyası çox güman ki, ekrana interqasiya edilib. Bundan əlavə olaraq ön kamera smartfon ekranının yuxarı hissəsindəki damcı formalı çıxıntının daxilində yerləşdirilib. Şirkət sözügedən smartfon modelinin dəqiq texniki göstəriciləri barəsində məlumat vermir. Yeganə məlum olan odur ki, LG Velvet modeli Snapdragon 765G prosessoru vasitəsilə çalışacaq. LG Velvet-in təqdimatı 15 may tarixində baş tutacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)