LG-nin yeni V60 ThinQ flaqman smartfonu barəsində məlumatlar verilib

LG-nin yeni V60 ThinQ flaqman smartfonu barəsində məlumatlar verilib

Texnologiya
10.02.2020 PAYLAŞIM

    Məşhur insayder Evan Blass öz Twitter hesabında LG şirkətinin təqdimata hazırlaşan LG V60 ThinQ adlı yeni faqman smartfon modeli barəsində məlumatlar verib. Qeyd etmək lazımdır ki, sözügedən smartfon bu ayın sonunda Brselonada keçiriləcək MWC 2020 sərgisində təqdim edilməli idi. Lakin nəticədə LG şirkəti yayılan koronavirus səbəbilə həmin sərgidə iştirakdan imtina etdi.


    Bu barədə Slashleaks saytı xəbər verib. Beləliklə Evan Blass-ın verdiyi məlumata əsaəsn LG V60 ThinQ smartfonu 4 ədəd mikrofona sahib olacaq və onlardan 2-si smartfonun arxa kameraları vasitəsilə çəkiləcək videolar üçün nəzərdə tutulacaq. Smartfonun daha bir özəlliyi ondan ibarət olacaq ki, o, 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

    Bununla yanaşı LG V60 ThinQ özündə 3.5 mm-lik audiogirişi də qoruyub saxlayacaq. Həmin giriş smartfonun aşağı hissəsində USB Type-C girişinin yanında yerləşəcək. Gözləntilərə əsasən yeni flaqman smartfon Snapdragon 865 prosessorunu və 5G modemi əldə edəcək. LG V60 ThinQ barəsində digər bir məlumat hələki yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..


Snapdragon 898 flaqman prosessoru AnTuTu testində 1.000.000 xal toplama potensia..

Qualcomm şirkəti hələ özünün yeni mobil flaqman prosessorunu təqdim etməyib. Buna baxmayaraq interne..


Keçmiş OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi ilk naqilsiz qulaqlıqlar..

OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei bir neçə müddət bundan öncə özünün Nothing adlı yeni..

×