main-post-cover

    LG, quru örtük texnologiyası ilə batareya xərclərini 30% azaldacaq!

    Elm & Texnologiya
    05.07.2024
    Farid Pardashunas

         LG, 2028-ci ilə qədər batareya istehsalının xərclərini azaldacaq mühüm texnologiya olaraq görülən quru örtük texnologiyasını, kommersiyalaşdırmağı planlaşdırır.

         LG Energy Solution şirkətinin baş texnologiya direktoru Kim Je-Young, Bloomberg-ə bildirib ki, quru örtük prosesinin kütləvi istehsalına 2028-ci ildə başlanılacaq. Quru örtük texnologiyası, batareya istehsalçıları tərəfindən katodlar və anodlar istehsal etmək üçün istifadə edilən enerji istehlak edən və daha bahalı ənənəvi nəm prosesin əvəzedicisi kimi araşdırılır. 2019-cu ildə Maxwell adlı startapı satın alaraq bu sahəyə sərmayə qoyan Tesla, Texasdakı fabrikində 4680 batareya elementi üçün anod istehsalında tamamilə quru örtük üsuluna keçməyi bacarıb. Lakin katod materialının təbiətinə görə, quru örtüklə emal etmək daha çətin olduğundan, hələlik bu yeni texmologiyaya keçilməmişdir.
         Kim, LG-nin quru örtük texnologiyası baxımından rəqiblərini qabaqladıqlarını və bu texnologiya ilə batareya istehsalında xərclərin 17%-30% azalda biləcəklərini bildirir. Əvvəllər Volkswagen də bu texnologiya haqqında bəhs edərək quru örtük texnologiyasının enerji istehlakını 30% azalda və fabrik sahəsindən 50% qənaət edə biləcəyini söyləmişdi. Ənənəvi yaş örtük texnologiyası zamanı kimyəvi maddələr, həlledicilərdə həll edilir və daha sonra yüksək temperaturlu böyük sobalarda qurudulur. Lakin quru örtükdə isə qurutma sobalarından və digər avadanlıqlardan istifadə etməyə ehtiyac olmadığı üçün əhəmiyyətli pul və enerji qənaəti əldə edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nazik və yüngül LG Gram SuperSlim 2024 noutbuku təqdim edilib - QİYMƏTİ
    nazik-ve-yungul-lg-gram-superslim-2024-noutbuku-teqdim-edilib-qiymeti
    LG şirkəti MyView Smart Monitor adlı yeni smart monitorunu təqdim edib - QİYMƏTİ
    lg-sirketi-myview-smart-monitor-adli-yeni-smart-monitorunu-teqdim-edib-qiymeti
    Avropa bazarında LG UltraGear OLED 32GS95UX-B monitoru təqdim edilib - QİYMƏTİ
    avropa-bazarinda-lg-ultragear-oled-32gs95ux-b-monitoru-teqdim-edilib-qiymeti
    LG UltraGear 45GS95QE gaming monitoru təqdim edilib - QİYMƏTİ
    lg-ultragear-45gs95qe-gaming-monitoru-teqdim-edilib-qiymeti
    LG UltraGear 27GS75Q gaming monitoru təqdim edilib
    lg-ultragear-27gs75q-gaming-monitoru-teqdim-edilib