main-post-cover

    LG şirkəti 2021-ci ildə mobil sahədə əsl inqilab yaradacağına söz verdi

    Elm & Texnologiya
    09.01.2020
    Farid Pardashunas
        Las Veqasda keçirilən CES 2020 sərgisi çərçivəsində LG Electronics-in general direktoru vacib bəyanat verib. Onun sözlərinə əsasən artıq gələn il LG şirkəti smartfon bazarında əsl inqilab edəcək və beləliklə smartfon bazarının bir hissəsini özünə geri qaytaracaq. Bu məqsədlə şirkət mobil sahəni dəyişə biləcək bir neçə cihaz üzərində çalışır. Bu barədə Zdnet saytı xəbər verib.
        2015-ci ilin ikinci rübündən başlayaraq LG şirkətinin smartfon biznesi heç də yaxşı vaxtlarını yaşamır. Lakin şirkətin top meneceri əmindir ki, 2021-ci ildə vəziyyət dəyişəcək. “Bizim hazırladığımız məhsul çeşidlərindəki dəyişikliyi nəzərə almaqla gələn il premium seqmentli cihazlar sahəsini əsl inqilab gözləyir” - deyə şirkətin general direktoru qeyd edib. Şirkətin planları arasında əsasən qatlana bilən smartfon modelinin təqdim olunması var. Lakin şirkət həmin smartfonun heç təqribi çıxış tarixi barəsində də məlumat vermir.
        Bunun yerinə LG şirkəti reallaşdırılmasına lazım olan zaman barəsində narahat olmayaraq innovasiyalı premium məhsulu satışa çıxartmaq istəyir. Qeyd etmək lazımdır ki, mobil biznesin gəlirlərini artırmaq üçün şirkət keçən ilin sonunda istehsalatı Cənubi Koreyadan Vyetnama keçirtdi. Bundan əlavə olaraq şirkət yeni smartfonların istehsalı zamanı xərclərin aşağı salınması üçün digər istehsalçıların istehsalat güclərindən də istifadə etməyi planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər